COVİD-19 virus xəstəliyinin yaranması və geniş təkamülü necə başladı ?
COVID-19 və ya SARS-CoV-2 kəskin tənəffüs sindromu ilə yaranan bir infeksiyadır. COVID-19, əvvəllər insanlarda görünməmiş və yüksək yoluxucu bir xəstəlikdir. COVID-19 və qrip virusları eyni tip viruslara aid olsa da, COVID-19 öz xüsusiyyətləri ilə fərqli bir infeksiyadır. COVID-19 ilk dəfə Çinin Uhan şəhərində (Bazarda satıcı bir qadında) 2019-cu ilin dekabr ayında aşkar edilib və az bir müddət ərzində infeksiya xəstəlik törədicisi olan virusun insandan insana keçməsi yolu ilə səyahət edən insanlar vasitəsilə bütün dünyaya yayılıb. Yayılma sürətinə və ərazisinə görə Ümümdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasını VƏBA elan edib.
COVİD-19 virusunun əlamətləri hansılardır?
COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.
Covid-19 bəlasinin alovlanmasi muddetinde özümüzün, ailəmizin və ətrafımızdakı insanların sağlamlığını necə qoruya bilərik ?
- Əllərinizi sabunla yuyun və ya müntəzəm olaraq spirt tərkibli təmizləyici istifadə edin.
- Öskürən və asqıran insanlarla aranızda ən azı 1 metr məsafə saxlayın.
- Mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
- Özünüzün və ətrafınızdakı insanların respirator gigiyena qaydalarına ciddi əməl edin.
- Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin.
- COVID‑19-la bağlı aktual məlumatları izləyin. Mütəxəssislərin, mərkəzi və yerli səhiyyə orqanlarının tövsiyələrini icra edin.
- Baş ağrısı və ya yüngül burun axması kimi xəstəlik əlamətləri varsa , sağalana qədər evdə qalın.
- İnsanların sıx toplaşdığı yerlərə yaxınlaşmaqdan çəkinin.
COVİD-19 dünya iqtisadiyyatına hansı təsirləri gösterib?
Pandemiya dünya iqtisadiyyatına da olduqca böyük ziyan vurub. Ölkələrin iqtisadiyyatı böyük tənəzzüllə üz-üzə qalıb. Bir çox ölkənin iqtisadi inkişafı geriləyib, işsizliyin sayı artıb. Bu gün koronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır. Bu böhran turizm, geyim, avtomobil sənayesi, xidmət sahəsi, enerji sektoru və digər bir çox sahəyə təsir edib. Nəticədə aviasiya şirkətlərindən tutmuş geyim istehsalçılarına, enerji şirkətlərinə qədər, bütün sektorlar çətinliklə üzləşib. Artıq bir çox şirkət müflis olduğunu, bir çoxu isə gəlirlərinin azalması səbəbindən işçilərini ixtisar edəcəyini açıqlayıb.
Bu gün dünya ölkələri virus bəlasından qurtarmaqla yanaşı, iqtisadiyyatlarının dirçəlməsi, pandemiya dövründə iqtisadiyyatın inkişaf etdirilməsi üzərində ”baş sındırırlar” və bu bəladan qurtulmağın yollarını axtarırlar.
Hal-hazırda dünyadakı vəziyyətlə bağlı sizi xəbərdar etmək isterdim.
Ümümdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada koronavirus infeksiyasına dünyada koronavirus infeksiyasina yoluxmuş insanların sayı 58,78 milyondan çoxdur ki,bunlardan da 1,4 milyondan çoxu ölmüşdür.ABŞ(Amerika Birleşmiş Ştatları) 12,6 milyondan çox yoluxmuş insanların COVİD-lə təsdiqlənməsi üzrə lider olaraq qalır.Göstəricilərə görə Hindistan(9,22 milion)ikinci yerdədir,üçüncü yer Braziliya(6,11 milion),dördüncü Fransa(2,2 milion),beşinci yerde isə Rusiya.Ardından İspaniya,İtaliya 1 miliondan 1,59 miliyona qədər xəstə,Arqentina,Kolumbiya və Meksika da həmçinin.Son bir ay ərzində xəstələrin sayi min nəfərə çatdığına görə Rusiya dünyada 52- ci yerdədir(4,2 müəyyən edilmişdir).Ümümdünya Səhiyyə Təşkilatının verdiyi məlumatına görə son həftədə yoluxmanın artımı rekord vurdu.COVİD-19-la təsdiqlənən xəstələrin sayı demək olar ki, 4 milion nəfərdə aşkar olunub.
Qeyd etmək isterdim ki,Dağıistan Respublıkası adət-ənənələri və mintalitetinə görə bir çox ölkələrdən seçilir.Burada toylara və dəfn mərasimlərinə böyük meyl göstərirlər.Toylara və müxtəlif cür mərasimlərə nəinki Dağıstanın özündən həm də Rusiyanin müxtəlif bölgələrindən gələnlər olur.Buna görə də yoluxmaların sayının qarşısı alınmaz hala çatmışdır. Bildiyimiz kimi Dağıstan Respublikası açıq şəkildə koronavirus pandemiyasının şərtlərinə uyğunlaşdırılmayıb.Bütün bunlardan xəbərdar olan Rusiya parlamentində təmsil olunan milyardçı-Dərbənd şəhərinin fəxri,Rus siyasətçi,təşəbüskar,senator Süleyman Kərimov,öz vasitələrindən yani öz şəxsi büdcəsindən Dərbənd şəhərinin Dövlət Xəstəxanalarının tibb avadanlıqları üçün 1,5 milyard rubl xerclədi ki, bu da Dərbənd şəhərinin 2019-cu ildəki ümumi büdcə gəlirinə bərabərdir.
Sevinc Quliyeva