FAYDALI AQRESSİYA

Həyatımız boyunca aqressiyanın bir şeyə və ya kiməsə ziyan vurmağı hədəfləyən bir hərəkət kimi sayırdıq. Lakin belə düşünməyimizlə biz yanılırıq. Çünki nəticə əldə etmək, istək və ehtiyaclarımızı həyata keçirmək üçün həyat gücü olan aqressiyanın nə olduğunu bilmədən onun dağıdıcı qüvvə olduğuna inanırıq. Aqressiya (təcavüz) bizi irəli aparan gücdür.
Yer üzündəki bütün canlı orqanizmlər təcavüzə, yəni həyat üçün enerjiyə sahibdirlər. Tez-tez “yaşamaq üçün mübarizə” ifadəsini eşidirik. Yaşamaq üçün daha çox enerji lazımdır və bu enerji bizə aqressiya ilə verilir. Bədənimizdəki faydalı təcavüz səviyyəsinə bir çox xarici və daxili amillər təsir göstərir.
Kiçik yaşlı olaraq, bir uşaq yetkin insanla müqayisədə özünü aşağı hiss edir. Əgər bu an valideynlər uşağı dəstəkləməyə və istiqamətləndinməyə çalışsalar, u zaman normal bir təcavüz səviyyəsinə sahib olacaq, özünə inamı olan bir insan kimi böyüyəcəkdir. İnanın, böyük pula, var-dövlətə sahib olmaq adamı özünə güvəndirmir, bütün sirlər insanın içində gizlənir!
Faydalı təcavüzə görə ailədə böyük bir məsuliyyət aranın üzərinə düşür. Hər insanın içində bir kişi və bir qadın hissəsi var.
Psixikamızın qadın hissəsi ehtiyaclarımıza və istəklərimizə, kişi hissəsi isə istəklərimizin reallaşmasına cavabdeydir. Psixikanın aqressiv hissəsi bizə atamızdan ötürülür. Bir insanın atası ilə əlaqəsi, bir insanın təcavüskarlıqla əlaqəsinə təsir edir. Valideynə qarşı mənfi münasibət psixikanızın aqressiv hissəsinə qarşı mənfi münasibət, eyni zamanda faydalı təcavüz səviyyəsinin çox aşağı olması deməkdir. Bu zaman razı və rahat bir həyat sürmək çətinləşir. İnsanın irəli getmək, hədəflərə çatmaq və istəklərini yerinə yetirmək üçün kifayət qədər gücü yoxdur.
Çox vaxt uşaq bağçasında və məktəbdə iki növ uşaqla tanış ola bilərik. Özünə qapananı bütün dünyadan ayrılaraq, öz içində yaşayıq, bütün təhqirlərə, zorakılığa layiq olduğuna inanır. Mənfi bir liderə çevrilən şəxs ilk başlamağın yenidən ağrı hiss etməkdən daha yaxşı olduğuna inanır. Burada bir insanı ya qurban, ya da sadist edən “sınaq” bir təcavüz var. Məişət zorakılığı buna gətirib çıxarır.
Günahkarlıq hissi, faydalı təcavüz səviyyəmizə təsir edən başqa bir amildir. Günahkarlıq hissi, başqasının təcavüzkarlığını idarə edə biləcəyiniz əlverişli bir vasitədir. Bəzi valideynlərin, dövlət və dinlərin istifadə etdiyi şey budur. Təqsir birinin qəzəbini basdırmaqdır və qəzəb mənfi bir duyğu deyil, qəzəbin vəzifəsi bədəni hərəkətə gətirmək və əlavə enerji mənbələrini işə salmaqdır. Təcavüz yetərli olmadıqda, qəzəb, hirs duyğusu başlayır. Bu qəzəbi basmaqla, günahkarlıq hissini inkişaf etdiririk. Gəlin, valideynlərlə münasibət, ünsiyyət quraq, bu övladlarımızı sevgi ilə böyüdəcək və onlara müstəgil olmaq üçün daha çox imkan verəcək. Əlbəttə, heç bir “institut”a dünyagörüşünüzü, inanclarınızı və istəklərinizi idarə etməsinə icazə verməyin, faydalı aqressiv olun!!!
GÜLİDƏ BABAYEVA