Festival keçirildi


Dağıstan dağları, çayları və bütün əsrarəngiz gözəllikləri ilə bərabər, müxtəlif və möhtəşəm yeməkləri ilə də məşhurdur. Sentyabrın 10-da Dağıstanın dilbər guşələrindən olan, cənnətin gözəlliyini özündə cəmləşdirən Qaytaq rayonunun Məcəlis kəndində Qaytaq utsminin 1500 illik yubileyi tədbirləri çərçivəsində keçirilən “Ləzzətli Qaytaq» II-ci Beynəlxalq Qastronomiya Festivalı keçirildi.
Bu gözəl, möhtəşəm festivalda Dağıstanın bütün bölgələrindən olduğu kimi, xarici ölkələrdən və Rusiyadan kulinariya ulduzları, həmçinin beynəlxalq aşpazlar, münsiflər və Dünya Aşpazlar-WACS Assosiasiyasının ekspertləri iştirak ediblər.


Festivalın gözəllikliyinə, rəngarəngliyinə. Bir az da gözəllik və rəngarənglik qatan isə Azərbaycan Dövlət Dram Teatrı oldu. Teatrın artistləri DR əməkdar artistləri Mahir Məlikov, Məhərrəm Ömərov, Rəhilə Ömərova.

Artistlər Zeynəb Dərbəndli, Samvella Fətəliyeva, Gülnarə Harunova və Əli Ağalarov milli geyimlərdə, festival boyu gözəl ifalar və rəqslər nümayiş etdilər. Teatrın direktoru DR əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov və teatrın quruluşçu rejissoru DR əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova da, öz gözəl iştirakları ilə, tədbirə rəng qatdılar. Festivalın qonağlar üçün banketində Dağıstan Respublikasının əməkdar artisti Mahir Məlikov sazda musiqili kompozisiya ifa edib və teatr artistləri gurultulu alqışlarla rəqs nömrələri təqdim etmişlər. Festival çərçivəsində ənənəvi milli yeməklərin təqdimatı, xalq sənətkarlığı və sənətkarlıq nümunələrinin sərgisi, kulinariyanın cürbəcür sirrləri, habelə aşpazların müəllif yeməklərinin dequstasiyası, rus və xarici aşpazların ustad dərsləri, fotosərgilər, bayram konserti və atəşfəşanlıq olub. Festivalın təşkilatçıları Turizm və Xalq Sənətləri Nazirliyinin dəstəyi ilə “Qaytaq rayonu” MR və Dağıstan Kulinariya İşçiləri Assosiasiyasıdır.
Z. Dərbəndli