Burada şairin iş otağı, yataq otağı, zalı və kitabxanası ilkin görnüşündə qorunub saxlanılıb. Rəsul Həmzətovun hədiyyələri, kitabları və rəsmləri də burada nümayiş etdirilir. Binanın özünü isə Rəsul Həmzətov üçün xüsusi olaraq SSRİ-nin xalq memarı Abdullah Əhmədov layihələndirib.

«Bu, sadəcə bir bina deyil, hər bir detalı həmin dövrün ruhunu özündə əks etdirən əsl muzeydir. Ev çoxdan insanların üz tutduğu bir məkana çevrilib. Bu illər ərzində, o cümlədən xarici ölkələrdən minlərlə nümayəndə heyəti buranı ziyarət edib. Burada qonaqlar həmişə böyük məmnuniyyətlə qarşılanır — bu, atamızın və böyük şairin vəsiyyəti idi», — deyə Fyodor Şukin qeyd edib.

Dağıstan rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Fyodor Şukin şairin qızı Salixat Həmzətova ilə söhbət edib. Ailə atasının xatirəsini böyük ehtiramla qoruyur və evə qayğı göstərir.

«Biz bəzi dəstək məsələləri ilə bağlı razılığa gəldik. Bu məsələləri qarşıdakı şəxsi görüşümüzdə ətraflı müzakirə edəcəyik. Öz tərəfimizdən isə məşhur həmyerlimizin irsinin qorunub saxlanılması üçün lazımi yardımı göstərəcəyik», — deyə o, əmin edib.