Gecux kəndinin hərbi qulluqçularına “Dağıstanın Xalq Qəhrəmanı” adı verilib.

 

Çoxmillətli Dağıstan xalqı qarşısında xüsusi xidmətlərinə görə pilotsuz uçan aparatların ekipaj rəisi leytenant Şixəliyev Şixəli Zeyfətdinoviç və maddi-texniki təminat batalyonunun 1-ci rotasının 1-ci bölməsinin 1-ci tağımının baş maşinisti çavuş Güləhmədov Tacətdin Vaqifoviç qızıl ulduz və “Dağıstanın Xalq Qəhrəmanı” adı ilə təltif ediliblər.

Qızıl ulduzu atası Şixəliyev Zeyfətdin Nəsrətdinoviçə və əmisi Güləhmədov Yarəhməd Mirzəhmədoviçə Dərbənd rayon icra başçısı Mövsüm Rəhimov təqdim edib. Mövsüm Rəhimov xüsusi hərbi əməliyyatın ilk günlərindən Vətənin keşiyində duran layiqli vətənpərvər oğullar və əsl qəhrəmanlar yetişdirdiklərinə görə ailə üzvlərinə təşəkkürünü bildirib.