Gözəl bir syurpriz


Aprelin 26-da, Dağıstanın xalq şairi Rəsul Həmzətovun 100illik yubileyinə həsr olunmuş «Bir əsirlik ömür» adlı poetik kompozisiya keçirilib. Kompozisiyası, Dərəbəndin tanınmış şairi, nəğməkar şairə Zeynəb Dərbəndlinin şairə həsr etdiyi şeirlərdən və şairənin Rəsul Həmzətovun şeirlərinə etdiyi tərcümələrə əsasən. Dərbənd şəhəri 6 saylı internat məktəbinin ana dili və ədəbiyyatı müəllimi Samayə Sadıqovna Əlibəyova öz şagirdləri ilə hazırlamışdı. Samayə müəllimə qeyd etdi ki, «Zeynəb Dərbəndli bizim məktəbimizdə ən çox sevilən şəxsiyyətlərdəndir. Zeynəb Dərbəndli poeziyası uşağların ruhuna daha yaxındır, daha doğmadır. Ona görə də, bu kompozisiyanı hazırlamaq mənim üçün çətin olduğu kimi, bir o qədər də rahat oldu. Mən, dəyərlimiz, sevimli şairəmiz Zeynəb Dərbəndliyə uğurlar arzulayıram».


Bu tədbirin keçirilməsinə «Dərbənd» respublika qəzeti də biganə qala bilməyib. Şairənin bu zəhmətini dəyərləndirərək, kompozisiyanı hazırlayan Samayə müəlliməyə və onun şagirdlərinə, dilimizi qoruduğlarına görə, uşağların məharətinə görə onları redaksiya adından «Fəxri fərman»larla təltif edib. Təltif mərasimində redaksiyanın baş redaktoru dəyərli Tərlan Qəhrəmanoviç Ələkpərov şəxsən iştirak edib. «Fəxri fərman»ları müəlliməyə və uşağlara həm özü, həm də redaksiyanın qocaman işçisi Həcikərim Həcitahiroviç Həcikərimov təqdim ediblər. Bu syurprizə müəllimə və uşağlardan daha çox sevinən şairə Zeynəb Dərbəndli olub. Zeynəb xanım çıxış edərək onun ideyasına dəsdək olan hər kəsə, qəzetin baş redaktoru Tərlan Ələkpərova, qəzetin məsul katibi Ayna Məmmədovaya, qəzetin karifeyi Kərim Kərimova və 6 saylı internat məktəbinin direktor müavini Aida Abdulovna Zamanovaya təşəkkür edib. Uşağların sevincə sevinən Aida Abdulovna qəzet əməkdaşlarına təşəkkür edib. Zeynəb Dərbəndiyə məktəblərinə verdiyi dəyərə və bu ideyanı şəxsən məktəbin müəllimi Samayə müəlliməyə həvalə etdiyinə və uşağların sevincinə görə xüsusi təşəkkür edib.

Tərlan Ələkpərov, Samayə müəlliməyə onun əvəzsiz əməyinə görə, «Əzizimiz Samayə müəllimə, mən sizin haqqınızda çox eşitmişəm. Bugün isə sizinlə şəxsən görüşdüm. Siz müəllimlərin bizlərin üzərimizdə əməyi, əziyyəti böyükdür, danılmazdır. Mənim anam da müəllimədir. Mən anamın timsalında bütün müəllimlərin, anaların qarşısında baş əyirəm.

Zeynəb bacımıza isə, hər zaman sənət zirvəsində uca durmağı arzulayıram» deyə vurğulayıb. Kərim müəllim də «Doğrudanda müəllim əməyi böyükdür, işi çətin işdir. Müəllimlərimizə hər zaman səbr və uğurlar arzulayıram. Zeynəb xanıma isə, hər zaman belə başı uca, şərəflə qalmağı arzulayıram. O mənim kəndimin qızıdır, bir Rükəl kəndinin yetirməsi olaraq Zeynəblə fəxr edərək qürurlanıram»-deyə çıxışında söyləyib.
Biz də Zeynəb Dərbəndliyə ilk öncə can sağlığı, uğurlar, uğurlar, daima uğurlar arzulayırıq.
H. Aslanov