May ayında Dağıstanda keçiriləcək Beynəlxalq Damazlıq qoyun və keçilər sərgisində ölkənin 23 rayonunun heyvandarları iştirak edəcəklər.
Bu tədbir hər il Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Qoyunçuların Milli İttifaqı tərəfindən təşkil edilir. Buil tədbirin keçiriləcəyi yer respublikamız seçilib. Belarus, Monqolustan və Azərbaycan nümayəndə heyətlərinin də iştirakı gözlənilir. Sərginin məqsədi qoyunçuluq və heyvandarlıq sahəsində qabaqcıl təcrübəni yaymaq, bu sahədə elmi nailiyyətləri nümayiş etdirməkdir. Ekspozisiya Kaspiyskdəki «AnjiArena»nın ərazisində yerləşəcək. Qapalı məkanda seminar və konfransların keçirilməsi planlaşdırılır.
Hazırladı S. Mirhəmidova