Qardaşlıq iki xalqın əsası kimi Dağıstanla Azərbaycan arasında dostluq zamanın sınağından çıxıb. O, taleyin əcdadlarımızın qarşısında qoyduğu bütün sınaqlara tab gətirdi. Xalqlarımızın müdrikliyi və biliyi mənfi və dağıdıcı qüvvələrin çox uzun müddət ərzində formalaşan dostluq tarazlığını pozmasına imkan vermədi. Müasir dövrdə respublikalar arasında əlaqələr dinamik inkişaf edir, lakin qarşılıqlı fəaliyyətin müəyyən sahələrinin genişləndirilməsinin zəruriliyini qeyd etmək yerinə düşər. Buna misal olaraq vahid beynəlxalq nəqliyyat dəhlizinin, birgə qaz və neft qovşaqlarının yaradılmasını göstərmək olar. Bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti logistika konsepsiyasına və ən aşağı xərc və sərfəli istehsal texnologiyasını təmin edən logistika prinsiplərinə əsaslanır. Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun qeyd etdiyi kimi: “Bu gün biz Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında maraqlıyıq. Bu baxımdan Azərbaycanın düzgün nəqliyyat logistikasının qurulması təcrübəsi respublikamız üçün çox faydalıdır”. Axı müasir şəkildə qurulmuş logistika Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün əsas yanacaq ola bilər. Sevindirici haldır ki, son illər istər Dağıstanda, istərsə də Azərbaycanda iki respublika arasında dostluğa həsr olunmuş bir çox əlamətdar hadisələr baş vermişdir. Həqiqətən də iki qardaş respublika arasında iqtisadiyyat və mədəni əlaqələrin inkişafı ilə yanaşı, sonsuz imkanlar üfüqü açılır.
Tərlan Ələkbərov — “Dərbənd” respublika qəzetinin redaktoru