KAŞ SİZİN KİMİLƏR ÇOX OLAYDI…

Xeyirxah əməllər

Bu yaxınlarda Tərəkəmə mahalının Vəlikənd kəndində olarkən mənim çox hörmət etdiyim Qızheybət anamızla görüşdüm. O, Tatlar kəndində doğulub, boya-başa çatıb, Vəlikənd kəndinə gəlin köçüb. İndi ömrünün ağbirçəklik çağındadır, övladlarının, nəvə-nəticələrinin sevinci, şərafəti ilə yaşayır. Camaatın xeyrində və şərində fəal iştirak edən bu ananın xətrini hamı çox istəyir, adını ehtiramla çəkir. Söhbət zamanı hal-əhval tutdum, qızlarını soruşdum.
-Yaxşıdılar, hərə bir işlə məşğuldur. Rəna isə üzüm bağlarında işləməyə gedib,- deyə söylədi.

Fikirləşdim, yəgin o, da rayonumuzun bir çox qadın və qızları kimi Krasnodara işləməyə gedib. Dedim: — Yəqin ki, çox darıxırsız?
Özünəməxsus şirinliklə və Tərkəmə ləhcəsində gülə-gülə cavab verdi. -Yox, qarı, ha burada yaxında — qonşu kənddə işləyir, üzüm yığırlar. Bizdə hələ lap qədimlərdə də geniş üzüm bağları var idi, üzümdən mürəbbə, doşab, sirkə hazırlayırdıq.


-A, nə yaxşı, çox sevindim. Çünki rayonumuzun qız-gəlinləri işləmək, ailəsini dolandırmaq üçün ruzi dalınca bir çox uzaq vilayətlərə üz tuturlar.
Bu sözləri eşidib Rəna xanımdan müsahibə almaq qərarına gəldim.
Rəna xanımın ilk dedikləri bu oldu:-Allah Yəhya əminin canını sağ, ömrünü uzun eləsin. Onun xeyirxahlığının həddi-hüdudu yaxşılıqlarının sayı-hesabı yoxdur. Bu insan yalnız öz kəndinin camaatının deyil, başqa Tərkəmə kəndlərinin sakinlərinin rifahı naminə də çalışır. Yanına kömək üçün gələnləri boş qaytarmır, hərəyə bir cürə yardım edir. Öz hesabına bulaqlar tikdirir. Bu yaxınlarda Ulutərkəmə kənd məktəbinin yeməkxanası üçün minlərlə rubl vəsait sərf edərək yeməkxana dəstləri də alıb. Onun yaxşılıqlarını sadalamaqla bitib-qurtaran deyil. Biz onun sayəsində evimizin içində çörək sahibi olmuşuq. Hamı ondan razıdır. Mən “Vinoqradar” aqroxoldingində briqadir köməkçisi işləyirəm. Kəndimizdən işləməyə gedənlərin briqadasını yaratmışıq. Hamımız böyük ruh yüksəkliyilə, səhər-səhər həvəslə işə gedir, deyə-gülə işimizi görür və günortadan sonra saat 3 radələrində ailəmizə qayıdırıq. Bundan gözəl nə ola bilər? Vaxtında evimizdə, azbarımızda olur, övladlarımız baxımsız qalmır. Əmək haqqımız gündəlik işimizin müqabilində ödənilir. Çox razıyıq. Yığdığımız tonlarla məhsul böyük furalarla Rusuyanın müxtəlif şəhərlərinə göndərilir. Hektarlarla sahənin məhsulunu yağırıq. Bir az əvvəl alma da yığmışdıq, həm üzüm, həm də almamız boldur. Maşallah, məhsul necə məhsul? Keyfiyyətli, şirin. Büllur salxımlar göz oxşayır, dadı-tamı ilə seçilən almalar saf və ləzzətlidir. Mayın 16-dan bu günə kimi işdəyik. Allah bərəkət versin. Xoldingdə yalnız bizim kəndimizdən deyil, Gecux, Qala, Ulutərkəmə, Padar, Dəliçoban, Qaradağlı, Tatlar, Cimikənd və bir çox başqa kəndlərdən, hətta Qaytaq rayonunun Cövqat yaşayış məntəqəsindən gələn minlərlə insan işləyir.


İşgüzar Rəna xanımın sevinclə söylədiklərini eşitdikcə ürəyim dağa dönürdü. Yəgin ki, hörmətli oxucularımız söhbətin Dağıstan Tespublikası Xalq Məclisinin deputatı, gözəl insan, bacarıqlı təşkilatçı və mütəxəssis Yəhya Hacıyevdən getdiyini başa düşdülər. Ataların bir sözü var: “Ağac bar verdikcə başını əyər”. O, da belədir, gərgin zəhmətlə əldə etdiyi uğurla qürrələnmir, həmişə ona ehtiyacı onanların səsinə səs verir, heç kimi əliboş qaytarmaq. Kaş ki, Sizin kimi təvəzökar, gərgin zəhmət hesabına müvəffəqiyyət əldə insanlarımız çox olaydı, Yəhya Məhəmmədərəfəyeviç!
Yəhya Məhəmmədərəfəyeviç həm də gənclərin hami-tərbiyəçisidir. Gələcəyin qurucularının vətənpərvər, yurda layiqli övladdar kimi yetişməsi üçün əlindən gələni əsirgəmir. Hazırda onun rəhbərlik etdiyi aqroxoldinqdə gənclər də çalışır. Gələcəkdə onların arasında üzümçülük sahəsində yaxşı mütəxəssislər yetişəcək və kim bilir, bəlkə də illər keçdikcə sonra burada çalışanların da özlərinə məxsus üzümçülük təsərrüfatları olacaq. Bəli, üzüm yetişdirilməsi və onun emalı ilə məşğul olan gədim diyar sayılan Dərbənddə, ümumiyyətlə respublikada salınan yeni üzüm plantasiyalarının artması bir daha onu deməyə əsas verir ki, bu yeni iş yerlərinin yaradılmasına, kənd əhalisinin gəlirlərinin artmasına şərait yaradacaqdır. Bundan başqa dövlət büdcəsinə və yerli büdcəyə gəlir artacaq, kənd yerlərində sosial şərait yaxşəlaşdırılacaq, üzümçülük və şərabçılıqla bağlı digər sahələrinin inkişafı da təmin ediləcəkdir. Bu söhbətdən bir həftə keçmişdi. Məqaləm çapa hazır idi. Buna baxmayaraq, yığımın başa çatıb-çatmamasını bilmək üçün Rəna xanımla telefon bağlantısı (13.10.20) etdim. Səsi çox gümrah və şən idi: -Salam, Aybəniz bacı, işdəyəm, dörd gündür ki, alma yığırıq. Məhsul olduqca boldur. Elə bil cənnət bağındayıq. Alma budaqları ağırlıqdan sallanıb. Çox əla bir mənzərə, gözəllikdən həzz alırıq, heç yorğunluq da hiss etmirik…
Bundan əlavə onu da geyd edim ki, xoldinqin mühasibinin söydiklərinə görə 1800 hektar sahədən hər gün 500 tondan çox məhsul yığılır və yığımda 1600-1700 nəfər iştirak edir.
Onun sevinci mənə də sirayət etmişdi. Sanki özümü bu zəhmətkəş bacılarımın, analarımın yanında hiss edirdim.
İlahi, insanın xoşbəxtliyi, onların rifahı üçün gecə-gündüz çalışan bəndələr necədə xoşbəxtdilər. Onların xoş əməlləri həmişə camaatın, xalqın qəlbində əbədi yaşayacaq.
AYBƏNİZ AĞAKİŞİYEVA