Yaşı bilinməyən, əfsanələr və böyük tarixlər şəhəri qədim Dərbən, qədimliyi ilə olduğu kimi şəhərini canı qədər sevən övladları ilə də tanınmağdadır. Şəhərinin adını uca tutan oğul və qızları, bu şəhərin gələcək nəslə buraxacağı mirasdır. Belə övladlardan biri də, şəhərin tarixini kitab kimi varaqlayan Hüseyn-bala Yəhyəyeviç Hüseynovdur. O, öz ömrünü öz doğma şəhərinin tarixinə, keçmişinə həsr edib. Onun 40 il öncə çapdan çıxdığı,
“Qədim əfsanələr şəhəri” kitabının 40 illiyi və həmçinin də müəllifin 80 illyi. Dərbənd şəhər Mərkəzi Kitabxanasında keçirilib. Tədbirdə
Dərbənd şəhər dairəsinin başçısı Rüstəmbəy Pirməhəmmədov, şəhər quruq muzeyinin direktoru Veliyulla Fətəliyev, şəhər dairə başçısının müavini Vidadi Zeynalov, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdousi Əskərov, şairlər Tahir Saleh, Peysax Mişiyev, Hacıağa Arablinskiy və başqa qonağlar iştirak edirdilər. Şəhər başçısı öz çıxışında ikiqat bayramın qeyd olunduğunu vurğulayıb. Və «Hüseyn-Bala Hüseynovun ilk kitabının nəşrindən nə az nə çox, düz 40 il ötür və bu il müəllifin 80 yaşı tamam olur. Bütün həyatını sevimli şəhərinə həsr etmiş Dərbəndin layiqli oğluna həsr olunmuş tədbirdə olmaq çox xoşdur. O bizim şəhərimizin qürurudur, həm də əfsanəvi sakinidir. Mən də onu həm öz adımdan, həm bütün Dərbənd şəhər sakinlərinin adından təbrik edirəm»”, — deyə Pirməhəmmədov vurğulayıb.
Həmçinin, təşəkkür və təbrik sözləri ilə şəhər məclisinin sədri Həsən Mirzəyev və Dərbənd şəhər mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Diana Əliyeva, yubilyarı təbrik nitqi ilə çıxış ediblər. Tədbirdə yaradıcı kollektivlərin nömrələri nümayiş etdirilmiş. Azərbaycan Dövlət Dram Teatrının aktrisası, tanınmış şairə Zeynəb Dərbəndli, «Dərbəndim vətənim mənim» mahnısı və təbrik nitqi ilə çıxış edib. Dağıstan Respublikasının əməkdar artisti Elçin Kuliyev «Mənim illərim, mənim varım» mahnısı və təbriklə çıxış edib. Dərbənd şəhərinin tanınmış müğənnisi Ülviyə Babayeva, müəllifin çox sevdiyi «Tut ağacı mahnısı və təbriki ilə çıxış edib. Ülviyə Babayevanı tarda, gənc tarizən Nazim Beybalayev müşayət edirdi və başqa musiqili nömrələr və günün qəhrəmanına həsr olunmuş videomateriallar nümayiş etdirilmişdir. Hüseyn-bala Hüseynov tədbirinin sonunda tədbirdə iştirak edənlərin hamısına təşəkkürünü bildirib. Tədbirin aparıcısı və təşkilatçısı, Dərbənd şəhər dairəsinin Mədəniyyət, İdman, Gənclər siyasəti və Turizm idarəsinin sədri Samilə Nəcəfova idi. Biz də bu təbriklərə qoşuluruq, Hüseyn-bala müəllimi. Özünü 80, kitabının isə 40 illik yubileyi münasibətlə, ürəkdən təbrik edirik.
H. Aslanov