Həsənbəy Xidirov- qocaman pedaqoq, DR -in əməkdar müəllimi
Dövlət Dumasının Dövlət Quruculuğu Komitəsi Konstitusiyaya rus dili və respublikaların dilləri ilə bağlı düzəlişləri dəstəklədi. Onun sözlərinə görə, regionlar dövlət quruluşuna əsasən — rus dili ilə yanaşı doğma dillərini də qorumaq hüququna malikdir.
«Düşünürəm ki, bu çox yaxşı və müvafiq düzəlişdir. Bu, dilin qorunmasına, dərsliklərin çapına və məktəblərdə ana dili dərslərinin tədrisinə təsir edəcək».
O, xüsusilə qeyd etdi ki, bu düzəliş, o cümlədən Dağıstan xalqlarının dilləri üçün ümid yaradacaqdır. «Dağıstanda öz dili və mədəniyyəti olan xalqlar yaşayır. Eyni zamanda, nəsli kəsilməkdə olan dillərimiz də vardır. Düşünürəm ki, dövlətimizin başçısı bu problemi başa düşür»- deyə bildirdi.