Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Gününə həsr olunmuş bayram tədbirləri çərçivəsində respublika başçısı Sergey Melikov videokonfrans rejimində Daxadayevski rayonunun Xarbuk kəndində qazlaşdırma qurğusunun istifadəsinə təkan verib.
Obyekt “Kənd ərazilərinin hərtərəfli inkişafı” dövlət proqramının icrası çərçivəsində inşa edilib. Xarbuk kəndinə çəkilən məhəllədaxili qaz xətti 18,3 km uzunluğundadır və 120-dən çox evi istiliklə təmin edəcəkdir.
Sergey Melikov kənd yerlərinin inkişafı və kənd sakinlərinin şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Dağıstan Respublikasının “Aqrostroy” Dövlət Müəssisəsinə minnətdarlığını bildirib. Mərasim çərçivəsində rəmzi məşəl alovlandırılıb.
Qırmızı lenti kəsmək və yeni çəkilmiş qaz xəttinin məşəlini alovlandırmaq şərəfli hüququ kənd ağsaqqallarına, məktəblilərə və bələdiyyə rəhbərliyinə verilib.
Mərasim iştirakçıları qeyd ediblər ki, qazın verilməsi bütün sakinlər üçün əsl bayrama çevrilib.