Mahaçqalada “Avrasiyanın səsi” Ümumrusiya Milli Yayım Festivalının bağlanış mərasimi olub. Ölkəmizin onlarla bölgəsindən olan jurnalistlər 10-dan çox nominasiya üzrə iki qran-pri və mükafata layiq görülüblər. Konsert proqramında festivalın qonaqlarına xalq şairi Rəsul Həmzətovun yubileyinə həsr olunmuş teatr və incəsənət kollektivi nümayiş etdirilib. Festival iştirakçıları səmimi qəbula, qonaqpərvərliyə, eləcə də festivalın çox maraqlı proqramına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, “Avrasiyanın səsi” festivalı avqustun 3-dən 5-dək Dağıstanda keçirilib. O, Dağıstan Respublikasının İnformasiya və Mətbuat Agentliyi və “Dağıstan” Dövlət Televiziya və Radio Verilişləri Şirkəti tərəfindən xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinin qeyd olunması çərçivəsində təşkil olunub. Tədbirdə xarici, federal və regional medianın peşəkar jurnalistləri, etnoqraflar, kulturoloqlar, hakimiyyət orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bunlar Rusiyanın müxtəlif regionlarından, Abxaziyadan, Belarusiyadan, Tatarıstandan və digər respublikalardan gəlmiş 100-dən çox insandır. Üç gün ərzində onlar şair Rəsul Həmzətovun Tsada kəndindəki ev-muzeyində və Xunzax rayonunun digər görməli yerlərində olmuş, Mahaçqala muzeylərinin eksponatları ilə tanış olmuş, Patimatın solo tamaşasına baxmışlar. Festival çərçivəsində bir çox digər mədəni-əyləncə tədbirləri də təşkil olunub.
A. Məmmədova