«Dərbənd» respublika qəzeti, hər zaman biz şairlərin yanında olub. Vaxtaşırı bizim şeirlərimizi, əsərlərimizi işığlandırır. Bizim hər bir ədəbi tədbirlərimizdə, həmişə bizlərə dəsdək olub. Oktyabrın 10-da, qəzetin məsul katibi Ayna Məmmədova. Dağıstan Yazıçılar birliyində, birliyin sədri, xalq şairi Məhəmməd Əhmədovunqonağı olub. Onların bu görüşü həm ədəbi mühitlə, həm də jurnalistika ilə bağlı olub. Ayna xanım Məhəmməd Əhmədoviçlə, bu görüşü ədəbi mühit və jurnalistikanın bir-birinə lap çox yaxın olduğunu vurğulayıb. Çünki hər iki sahə də, özündə cavabdehlik tələb olunan sənətdir. Məhəmməd Əhmədovu tanımayan yoxdur, bir az da biz siz oxuculara onun haqqında qısa məlumat vermək istərdik.
Məhəmməd Əhmədoviç Əhmədov 13 noyabr 1955-ci ildə DMSSR-in indiki Dağıstan Respublikasının Gunibskiy rayonunun Qonoda kəndində anadan olub. O elə uşağlıqdan, şeirə, həkayəyə həvəsi olan bir uşağ olub. Atalarda belə bir misal var, «Adamın niyyəti hara, mənzili ora». Məhəmməd Əhmədovun da bu həvəsi, onu bu gün tanınan, sevilən bir yazarlar sırasına gətirib. O, yazıçı, şair və mükəmməl nasirdir. Öz , əsərlərini o Rus dilində yazır.
Məhəmməd Əhmədov, bugün Dağıstanda və Rusiyada tanınıb sevilən yazarlardandır. O, bir çox mükafatlara layiq görülüv. Onlardan bir neçəsini, oxucularımıza təqdim etmək istərdik. Onun mükafatları. Rusiyanın Böyük Ədəbi Delviq adına mukafatına (2006), eləcə də (2012)-ci ildə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Ədəbi Mükafatı, (2009 -cu ildə çap olunan «Klassik Ulduzlar» kitabına görə təltif olunub. O, «Dağıstan Respublikası qarşısındakı, saysız xidmətlərinə görə, 20 fevral (2015)-ci ildə Mədəniyyət və incəsənət sahəsində xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə görə Orden ilə təltif olunub. Ondan əlavə «Rəşadətli əməyə görə» 20 yanvar (2021). Əmək uğurlarına və fəal ictimai fəaliyyətlərinə, Dağıstan Respublikası qarşısındakı xidmətlərinə görə medal ilə təltif olunub. «Russya Ədəbiyyatı» həftəlik mükafatına (1985-dən, 2004)-nə kimi layiq görülüb, Rusiyanın Böyük Ədəbi Mükafatı ilə təltif olunub. Eləcə də Dağıstanın Xalq şairi Rəsul Həmzətov adına Respublika Mükafatı ilə (2008 -ci ildə «Gizli saat», «Ağ saç», «Dua və mahnı» poetik trilogiyasına görə təltif olunub. Onun ən böyük və ən yaddaqalan mükafatı isə
2005-ci ildə, onun əməyinə aldığı Dağıstan Respublikasının xalq şairi adıdır. Bir şair, bir yazar bundan daha böyük hansı mükafatı istər? Məhəmməd Əhmədov doğrudanda çalışqan, fəal bir yazıçıdır. Belə insanların əməyini mütləq, dəyərləndirmək lazımdır ki, gənclərimiz də ruhlansın.
Biz də, Məhəmməd Əhmədova bu yolda daha böyük zirvələr arzulayırıq.
Z. Dərbəndli