Avqustun 14-də respublikamızın paytaxtı Mahaçqalada şəhərində ki, yanacaq _dolduracaq stansiyasında baş vermiş partlayış bütün dağıstanlılar kimi «Dərbənd» respublika qəzetinin kollektivinidə sarsıtmışdır. Hadisədə həlak olanların ailələrinə dərin hüzünlə başsağlığı verir, zərər çekənlərə böyük yaradandan şəfa diləyirik. Günahsız qurbanların qohum əqrəbalarının belə bir gündə dərdinə şərik olmaq hamının borcudur. Lakin bizi narahat edən ikinci bir məsələ bu cür stansiyaların respublikamızın qəsəbə və şəhərlərində sosial obyektlərin lap yaxınlığında bəzən isə bitişik olmasıdır. Qanuna görə həmin obyektlər şəhərlərin kənarında, gediş- gəliş az olan yerlərdə yerləşdirilməməlidir. Ancaq təəssüflər olsun ki, bu qaydalara nədənsə əməl olmur. Façiələr bizi birləşdirir, zərər çəkənlərə kömək əlini uzatmağa vadar edir. Biz yaxşı başa düşür ki, belə bir vaxtda insanlıq göstərmək Dağıstan xalqlarının qanından irəli gəlir. Avqustun 15- nin matəm günü elan edilməsi bir daha göstərir ki, biz həmişə həm xeyirdə həm də şərdə bir yerdəyik.