MDPU-nin Dərbənd filialı 25 illik yubileyini qeyd edib

                

 “Qoy bu şərəfli yubiley günü sizə minnətdar tələbələrin, məzunların, dostların və həmkarların təbrikindən daha parlaq və isti olsun!” – deyən Mövsüm Rəhimov filial direktoru Ruslan Hüseynovu təbrik edib.

Moskva Dövlət Pedaqoji Universitetinin Dərbənd filialı  25 illik yubileyini qeyd etdi. Əlamətdar tarix münasibətilə keçirilən tədbirdə Moskva Dövlət Pedaqoji Universitetinin rektoru Aleksey Lubkov, Dərbənd rayon icra hakimiyyətinin başçısı Mövsum Rəhimov, Tabasaran rayon icra hakimiyyətinin başçısı Maqomed Kurbanov, Dərbənd merinin müavini Vidadi Zeynalov və digər rəsmi şəxslər iştirak ediblər. “Rəhbərlik etdiyiniz universitetin filialının əlamətdar yubileyi münasibətilə ürəkdən təbriklərimi qəbul edin. Moskva Pedaqoji Dövlət Universitetinin Dərbənd filialının tələbələrini, müəllimlərini, əməkdaşlarını və məzunlarını filialın yaradılmasının 25 illiyi münasibətilə səmimi qəlbdən salamlayır və təbrik edirəm. Bu gün sizin Moskva Universitetinin filialı bütün gözəl keyfiyyətlərə malik müasir təhsil təşkilatıdır: geniş humanitar ixtisaslar, yüksək ixtisaslı professor-müəllim heyəti, müasir təhsil texnologiyaları. Burada tələbələr dərin nəzəri biliklər, yaxşı peşə hazırlığı, çox yönlü praktiki bacarıq  əldə edirlər. Qoy bu şərəfli yubiley günü minnətdar tələbələrin, məzunların, dostların və həmkarların təbrikindən sizin üçün daha parlaq və hərarətli olsun!” – deyə Mövsüm Rəhimov MDPU-nin Dərbənd filialının direktoru Ruslan Hüseynovu təbrik edib. Sonra Dərbənd rayon rəhbəri professor-müəllim heyətinə Fəxri Fərman və təşəkkürnamə təqdim edib. 1998-ci ildə Rusiya Federasiyası Ümumi və Peşə Təhsili Nazirliyinin əmri ilə yaradılmış Moskva Dövlət Açıq Pedaqoji Universitetinin Dərbənd filialı ilkin olaraq ali təhsil sahəsində yalnız iki ixtisas üzrə tədris fəaliyyəti həyata keçirmişdir: ibtidai sinif müəllimi və rus dili və ədəbiyyatı müəllimi. 2015-ci ildə M.Şoloxov adına  Moskva Dövlət Texniki Universitetinin Dərbənd filialı yenidən təşkili ilə əlaqədar olaraq, struktur bölmə kimi Moskva Dövlət Pedaqoji Universitetinə birləşdirildi. Hazırda filial ali təhsil sahəsində səkkiz proqram üzrə tədris fəaliyyətini həyata keçirir: ibtidai təhsil, filoloji təhsil, informatika və təhsildə informasiya texnologiyaları, tarix, xarici dil (ingilis dili), psixologiya və sosial pedaqogika, musiqi təhsili və bədən tərbiyəsi.

Alekperov T