İyunun 9-dan şəhərdə özünütəcrid, icazəli çıxış, gəzinti qrafiki ləğv ediləcək. Rusiya paytaxtının sakinləri, o cümlədən yaşı 65-dən yuxarı olan şəxslər məhdudiyyətsiz küçəyə çıxa biləcəklər.
Moskva meri Sergey Sobyanin bildirib ki, tətbiq edilmiş özünütəcrid rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alıb. O deyib ki, bir neçə gündür pandemiyanın yayılması, yeni yoluxma hallarının sayı azalır, Moskva adi həyatına qayıdır. Sanitar-epidemiologiya qaydalarına riayət olunması şərti ilə iyun ayından bütün məhdudiyyətlər aradan götürülür. Eyni zamanda, moskvalılar ictimai yerlərdə maska və əlcək taxmalı, sosial məsafəni gözləməlidirlər.
Qeyd edək ki, hazırda Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 476 min 658 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 230 min 688 xəstə sağalıb, 5971 xəstə vəfat edib.