MOTOATICI BATALYONUN KOMANDIRI MAYOR ABBAS FİRUDİNOVİÇ HƏŞIMOVUN XATİRƏSİNƏ.

O, Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyat zamanı hərbi borcunu yerinə yetirərkən həmkarlarının həyatını xilas edərək qəhrəmancasına həlak olub.

Həşimov Abbas Firudinoviç Dağıstan Respublikasının Dərbənd rayonunun Bilici kəndindəndir. Jukov, Lenin və Oktyabr İnqilabı Qırmızı Bayraq ordenli (МВОКУ) Moskva Ali Ümumqoşun Ordu Komandanlıq Məktəbini bitirmişdir. 2004-cü ilin avqust ayından etibarən universitet Rusiya Federasiyası Müdafiə Nazirliyinin «Moskva Ali Hərbi Komandanlıq Məktəbi» (hərbi institut) dövlət ali peşə təhsili müəssisəsi adlandırılır. Xidmətini Yekaterinburq şəhərində etmişdir. Mayor Abbas Həşimov iki dəfə Suriyada rəsmi ezamiyyətdə olub. Döyüşdə göstərdiyi şücaət, fədakarlıq və şəxsi cəsarətə görə Jukov medalı ilə təltif edilmişdir. Abbas Firudinoviç ömrünün çox hissəsini hərbi xidmətə həsr etmiş, cəsur, güclü, mərd, namuslu, xeyirxah bir gənc idi. O, Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edib. Abbas ölümündən iki həftə əvvəl orta ağır dərəcəli yara və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra könüllü olaraq tibbi yardıma ehtiyacı olmadığı barədə arayış yazaraq xüsusi hərbi əməliyyat zonasına qayıdıb.

Abbas Həşimov: “Mən həmişə istəmişəm ki, mənimlə fəxr etsinlər ki, xalqımı yüksəldə bilim”. Mən hərbi dairəmizdə ən gənc mayoram. Sənədlərimi vaxtından əvvəl “polkovnik”ə təyinat üçün göndərdilər. Mənim cəmi 31 yaşım var,bacı. Bütün ruslara, tabasaranlara və başqalarına yazığım gəlir, ürəyim belədir. Hər davadan sonra otağıma girib, artıq kimsə sıradan çıxıbsa darıxmışam,onun üçün ağlamışam və ağlayıram….
Abbas Həşimovun yoxluğu ilə barışa bilməyən ailəsi, həyat yoldaşı və iki övladı gözüyaşlı qalıb.
Qəhrəman hərbçimizin xatirəsi önündə baş əyirik!O hər birimizin qəlbində əbədi yaşayacaq!Qəhrəmanlar ölmürlər,əbədiyyətə qovuşurlar!