Mövlud keçirildi


Oktyabrln 22-də, İnsanların ən yaxşısı, Allahın Rəsulu Həzrət Məhəmmədin (s) dünyaya gəlişi şərəfinə, onun doğulduğu günün şərəfinə, Dərbənd şəhərinin «Dərbənd» ziyafət zalında Dağıstan Respublikası Müftiliyinin Qadınların Maarif Şöbəsi tərəfindən mövlud keçirilib. Burada gözəl nəşidlər, zikrlər, salavatlar səslənib. Balaca uşağların və böyüklərin dilindən oxunan dualar, zikirlər Allaha dünyanın salamat olması üçün edilən niyyətlərin qəbul olunması üçün. Hər yaradılmışın sevimlisi Həzrəti Mühəmmədə və Allahın dərgahına yalvarış idi. Allah, ona iman edənləri, heç vaxt ümidin kəsməz. Tədbirin qonaqları Allahın Rəsulu Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun) deyərək, onun həyatından hekayələr danışdılar. Bu tədbirdə qonağ olaraq Dərbənd şəhər dairəsi Mədəniyyət, Turizm, Gənclər siyasəti və İdman şöbəsinin sədri Samilə Nəcəfova, Azərbaycan Dövlət Dram Teatrının aktrisası, şairə Zeynəb Dərbəndli, Dağıstan Respublikasının əməkdar artisti, Aqul xalqının tanınmış müğənnisi Zülfira Şabanova və başqalı dəvətli idilər.
M. Seyidov