Müəllimlərin ənənəvi Avqust müşavirəsi olub

Avqustun 20-də respublikanın hər yerindən müəllimlər ənənəvi olaraq Dostluq Evində avqust müşavirəsinə toplaşıblar. Tədbir geniş tərkibdə keçirilib və təşkilatçılar həftə ərzində respublikanın təhsil sektorunun inkişafının aktual problemlərinə dair tematik bölmələr keçirmək niyyətindədirlər.

Bu gün Dostluq Evində məktəblilər arasında geniş təqdimat sahəsi və tətbiqi bacarıqların sərgiləri fəaliyyət göstərir.

Avqust müşavirəsində Dağıstanın rəhbəri Sergey Melikov, regionun hökumət sədri Abdulmuslim Abdulmuslimov, Rusiya Federasiyası Dövlət Dumasının, respublika parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.

Genişmiqyaslı tədbiri giriş sözü ilə açan Dağıstanın rəhbəri Sergey Melikov qeyd edib ki, “Müəllim öz ölkəsinin ideoloqudur”.

“Gənc nəsildə vətənpərvərlik və Vətənə məhəbbət hissini aşılamaq müəllimdən asılıdır ki, bu da dövləti güclü və yenilməz edir”, — Sergey Melikov vurğulayıb.

Dərbəndli müəllimlər Rusiya Təhsil Nazirliyinin idarə mükafatlarına və Dağıstanın dövlət mükafatlarına layiq görülüblər.

Mükafatlandırma mərasimi avqustun 20-də Mahaçqalada, Dağıstan təhsil işçilərinin avqust müşavirəsi çərçivəsində Dostluq Evində baş tutub.

28 saylı uşaq bağçasının müəlliməsi Fehlide Rəcəbova «Rusiya Federasiyasının uşaq və gənclərin təhsili sahəsində əməkdar işçisi» adına layiq görülüb.

4 saylı məktəbin bədən tərbiyəsi müəllimi Ruslan Abdurazakov “Dağıstan Respublikasının əməkdar təhsil işçisi” adına layiq görülüb.