Nazırlə görüş

Dərbəndin tanınmış şairəsi, dəyərli xanım Zeynəb Dərbəndli. Dekabrın 7-də, Dağıstan Respublikasının Mədəniyyət Naziri Zarema Ajuyevna Butayeva ilə görüşüb.

Görüşün əsil məqsədi, şairənin yaradıcılığı ilə bağlı gələcək planlarını müzakirə etmək olub. Zeynəb xanım iki il öncə də, Zarema Ajuyevna ilə görüşüb. Demək olar ki, Mədəniyyət Nazuri şairəni yaxşı tanıyır və onun yaradıcılığını yaxından izləyib. Zeynəb xanım deyir ki, «Mən onunla birinci dəfə görüşə gedəndə, məndə o qədər həyəcan var idi ki, onu sözlə ifadə belə edə bilmərəm. Amma onu görən kimi, həyəcanımın əbəs yerə olduğunu anladım.

Mən sanki bir nazirin yanına deyil, öz doğmamın yanındayam. Elə bu dəfə də elə oldu, yenə də mən də az da olsa həyəcan var idi. Amma onun məni o cür isti qarşılaması, öz stulundan ayağa qalxıb məni məni bir doğma insan kimi bağrına basması, yenə də mənim həyəcanımı yoxetdi. Onunla söhbət zamanı özümü çox rahat, çox sərbəst his edirdim. Çünki o, insanda elə bir təəssurat yaradır».

Zeynəb Dərbəndi çox həssas bir xanımdır, onun ürəyi geniş və Allahın ona bəxş etdiyindən razı qalan insandır. Bəlkə də Mədəniyyət Naziri də, onun o incə ürəyini hiss edə bilib. Zeynəb xanım deyir ki, «Mən Zarema Ajuyevna ilə görüşə getdiyimdə çöldə leysan yağış yağırdı. Onunla görüşmək üçün, o yağış da məni qorxutmadı. Mən onunla gördüyüm işlərdən, yaratdığım mahnılardan. Ən əsası da, altı dildə tərcümə olunun ifa olunan «Göz bəbəyim Dağıstanım» mahnımdan danşşdım.

Dağıstanın xalq şairi Rəsul Həmzətovun şeirlərindən tərcümə etməyim, onun şeirləri bəstəkar Elmir Mədətoğlunun bəstəsi ilə ifa etdiyim mahnıları, şairə həsr etdiyim şeirlərdən danışdıq. Zarema xanım, mənim gördüyüm işlərə heyran qaldığını bildirdi. O mənə, «Sən hələ sağ ikən, öz ölməzliyini qazanmısan Zeynəb xanım»-dedi. Biz onunla mənim yaradıcılığım barədə çox geniş və ətarlə danışdıq. Allah özü bizlərə yar olsun».Onunla müsahibə zamanı sual etdim ki, «Zeynəb xanım, siz Zarema Ajuyevnaya şeir həsr etmisizmi»? O cavab verdi ki, «Mən çox az hallarda kiməsə şeir həsr edirəm, amma ona elə ilk görüşümüzdən sonra bir şeir yazmışdım». Mən ondan o şeiri xaiş etdim, bu yazıda o şeiri sizlərə təqdim edirəm.

Zarema

Üzü gülər, könlü saf,
Özü işində sərraf,
Baxışı su tək şəffaf,
Bir insandır Zarema.

Hər kəslə doğma olur,
Dili şirin, qəlbi nur,
Ər kimi igid, cəsur,
Bir insandır Zarema.

Çox sevir həqiqəti,
Edir xalqa diqqəti,
Sözündə dürüst, qəti,
Bir insandır Zarema.

Ağzı xeyir dualı,
Mədəniyyət kralı,
Sənətinə vəfalı,
Bir insandır Zarema.

Köməksizə olur dost,
Sözünü deyir sərrast,
Öz sənətində dürüst,
Bir insandır Zarema.

Zeynəb çox sevdi onu,
Yoxdur onun min donu,
Mədəniyyət sütunu,
Bir insandır Zarema.

05 08 2021.

Biz də Zeynəb Dərbəndliyə, yaradıcılığ yollarında yeni-yeni naliyyətlər və daima sənət zervəsində olmağı arzulayırıq.
H. Aslanov