Günəşli Azərbaycanın, hər guşəsi gözəldir. Onun suyu, havası, dağları, meşələri hər dərdə dərmandır, faydalıdır. Dediyim kimi, Azərbaycan cənnətməkandır. Bu diyarın cənnət kimi tanınan Quba şəhəridir, Qubaya o qədər şeir, mahnı yazılıb ki, sayı həsabı yoxdur.
Bugün sizlərə Qubada doğulub boya, başa çatan. Ömrünün qınçə kimi açıldığı vaxt, dağ vüqarım Dağıstanımıza gəlib, Azərbaycandaaçılan qönçələnən, Quba ceyranı, Dərbənd gözəli Dağıstan Respublikasının Əməkdar artisti Sevda Beybalayevadır. Orada dünyaya göz açan körpələr, fitri istedadla doğulur. Bu sözü əbəs demədim. Sevda Əşrəf-qızı Beybalayeva, 1972-ci ilde Quba şeherinde dünyaya göz açıb. Atam Eşref kişi zootexnik olub, anası Tamilla xanım isə xalçaçı olub.
Quba şeherinin 2 saylı mektebini bitirib,
eyni zamanda da anasının isteyile musiqi mektebinin kamança sinfini bitirib. Anası Tamilla xanımın arzusu olub ki, onun övladlarından biri musiqiçi olsun. Çünki özü musiqini çox sevib, xüsusile də klassik musiqini. Ananın istəyi isə, Sevdaya nəsib olub. Sevda kamança sinifini bitirdikdən sonra ise 1989-cu ilde Dərbənd musiqi kollecinə qəbul olub .Oranı da bitirdikdən sonra onu təyinatla Ləzgi Dövlət dram teatrına göndərmək istəyirlər. O isə Qubaya ata anasının yanına qayıtmalı idi. Sevda o təyinatı almır. Lakin tale elə gətirib ki, Dərbənddə xalası nəvəsinə nişanlanır və Dərbəndə aile quraraq həmişəlik dönməli olur. Elə ilk iş yeri de Ləzgi teatrı olur. Belə yerdə deyiblər taledən qaçmaq olmaz.
Sevdanın təməlli Dərbəndə gəlişi çox gözəl olur, 1998-ci ildə Azərbaycan xalq teatrına Dövlət dram tatrı statusu verilir. O vaxtlar Sevdanın xalası Dağıstan Respublikasının xalq artisti Düriyyə Rəhimova orda həm aktrisa, həm də rejissor işləyirdi. O da Ləzgi tatrından çıxıb xalasını yanına gelir . Və o gündən bu günə kimi də Azərbaycan Dövlət dram teatrında musiqi hissə müdiri işləyir. Bütün tamaşaların musiqi tərtibatını o verir. Bir neçə tamaşaların musiqilərini belə özü yazıb. Həm də mügənni kimi fəaliyyət göstərir.
2005-ci ildə Dağıstanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Teatr xadimləri ittifaqının üzvüdür, teatrın həmkarlar komitəsinin sədrlidir.
Üç övladı var oğlu Nazim anasının yolunu seçmiş və həmin yolda gedir. Azərbaycan Milli konservatoriyasında tar sinfində təhsil alır. Qızı Tamilla isə Dağıstan Dövlət Universitetinin Hüquq fakultəsində oxuyur. Sevda bir ana olaraq, öz övladları üçün əlindən gələni edir. Gözəl ailə xanımıdır, gözəl anadır. Həm ev, həm iş xanımı olan Sevda Beybalayeva, hər kəs tərəfindən çox sevilir.
Sevda Beybalayeva ilə 2016-ci ildə, mənim rəhbərliyimlə çap olunan ATEŞ-2016 kitab almanaxının təqdimatında tanış olmuşduq. O gündən bu günə, onunla dostluğ münasibətimiz davam edir. Sevda mənim sözlərimə üç mahnı ifa edib, «Dağıstan Azərbaycan», «Cənnətdir Quba», «Gəlir novruz bayramı». «Dağıstan Azərbaycan» mahnısını bəstəkar Elmir Mədətoğlu bəstələyəndə, həmin an yadıma Sevda Beybalayeva düşdü. Çünki o həm Azərbaycanın, həm də Dağıstanın qızıdır. «Cənnətdir Quba» mahnısını isə, xüsusilə onun üçün hazırlamışdıq. Çünki Qubanı Sevda qədər, kim sevib onun kimi ifa edə bilərdi? Doğrudan da, öz işində dəqiq insandır.
Avqustun 31-də, Sevda xanımın yubileyidir. Onun yarım əsir yaşı olur, 50 yaşı tamam olur. Bu 50 illik ömründə, Sevda xanım az iş görməyib, öz işini sevə-sevə görür. Bu insanın, öz işində cavabdehliyindən və məsuliyyətliyindən xəbər verir. Sevda özünə həvalə olunan, hər bir işin öhdəsindən gəlməyi bacarır. Bir maraqlı hadisəni nəzərinizə çatdırmaq istərdim. Azərbaycanın «Dünya-TV» telekanalı, mənim haqqımda veriliş çəkmək üçün gəlməli idi. Sevda isə, həmin «Cənnətdir Quba» mahnısını bir həftəyə, hətda 3 günə hazırlayıb efirə çıxmışdı. Onun gözəl dostluğu var, həmin gün ta çəkiliş tam bitənə kimi mənim yanımda oldu. Elə əsil dostluğ da, belə olur.
Sevda Beybalayevanı, 50 illik yubileyi münasobətilə ilk olaraq teatrımızın direktoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Firdousi Əsgərovun adından, bütün kollektivimiz adından, «Dərbənd» respublika qəzetinin kollektivi adından, şəxsən də öz adımdan səmomi qəlbdən təbrik edirik. Ona ilk öncə, həyatda ən çox önəmli olan can sağlığı, aklə-qadın saadəti, ailəsində daima mehribanlıq, sənətində hər zaman zirvələr və uğurlar arzulayırıq.
Z. Dərbəndli