Bu günlərdə Dərbənd şəhəri başçısı vəzifəsini müvəqqəti icra edən Rüstəmbəy Pirməhəmmədov DR Gənclər işləri üzrə naziri vəzifəsini müvəqqəti icra edən Kamil Səidovla görüşmüşdür. Görüşdə yeni «Patriot» parkının ərazisində gənclər üçün birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Xüsusilə, Kamil Səidov qeyd edib ki, parkın meydançasında Vətənpərvərlik və idman oyunlarının, həmçinin gənclər forumlarının keçirilməsi planlaşdırılır.
«Sevindirici haldır ki, respublikada yeni məkan yaranacaq və burada gənclər üçün müxtəlif xarakterli tədbirlər keçirmək mümkün olacaq. Bizim qurum da buna bütün lazımi dəstəyi göstərəcək», — deyə Kamil Səidov bildirmişdir.
DR Gənclər işləri üzrə naziri vəzifəsini müvəqqəti icra edən Kamil Səidov bildirmişdir ki, park həmçinin «Zarnitsa» idman oyununun keçirilməsi üçün meydança ola bilər.
Rüstəmbəy Pirməhəmmədov parkda yalnız respublika deyil, həm də rayon, eləcə də federal tədbirlərin keçirilməsi üçün planlarla bölüşdü: «Parkın tikintisi Dağıstan sakinləri üçün deyil, bütün rayon üçün əhəmiyyətlidir. Burada biz istərdik ki, çadır düşərgəsini təşkil edək, burada müxtəlif bölgələrdən olan uşaqlar ciddi hazırlıq keçə bilərlər. Gələcəkdə parkın yanında kottec şəhərciyini quraşdırmaq istərdik».
Görüşün sonunda Rüstəmbəy Pirməhəmmədov inşa olunan parkın plan-layihəsini nümayiş etdirdi. Qeyd etmək lazımdır ki, test rejimində «Patriot» parkı 2021-ci ildə açılacaq. Burada hərbi texnika, aviasiya, muzey meydançaları və hərbi-taktiki oyunların keçirilməsi üçün meydançalar təqdim olunacaq. Hal-hazırda parka «Lun» ekranoplan daxil olub və əsas eksponat rolunda çıxış edir.
Telman Tahirli