Azərbaycan xalqının ümummilli lideri, siyasi və böyük dövlət xadimi Heydər Əlirzaoğlu Əliyevin anadan olmasının 100 illiyi şərəfinə Dağıstanda keçirilən tədbirlər çərçivəsində iyunun 23-də Azərbaycan Dövlət Dram Teatrı, dahi Mirzə Fətəli Axundovun «Misyö Jordan və Dərviş Məstəli Şah» tamaşasının premyerası təqdim edib. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Artisti Sərvər Əliyevdir.
Tamaşa öncəsi Azərbaycan Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Firdousi Saftaroviç Əsgərov tamaşaçıları salamlayaraq, gözəl bur nitq ilə çıxış edib. «2023-cü ili Heydər Əliyev İli olaraq elan olunub və bu il Dağıstanımızda H. Əliyevin xatirəsinə bir çox layihələr tədbiq edilib. Biz də bir teatr kollektivi olaraq, bu münasibətlə məhs bugünki tamaşanı səhnələşdirdik. Onu da qeyd edim ki, bu il Azərbaycan Dövlət Dram Teatrı bir sıra layihə və tədbirlər həyata keçirib. Bu tamaşa da, onlardan biri oldu. Bu layihədə, məhs bu tamaşada böyük əmək sərf etdiyinə görə, rejissor Sərvər Əliyevə həm öz adımdan, həm də bütün kollektivimiz adından təşəkkürümü bildirirəm. Bizim aktyor truppamız hər zaman, hər bir işin öhdəsindən layiqincə gəlməyi bacarıb. Ona görə də mən bugün həm həyəcanlıyam, həm də arxayınam ki, aktyorlarımız bu işin öhdəsindən layiqincə gələ biləcəklər. Artıq öz binamıza köçməyimə az qalıb, öz binamızda öz tamaşaçılarımızı tez-tez gözəl tamaşalar və konsert proqramları ilə sevindirəcəyik. Mən artistlərimizə uğurlar, naliyyətlər və uca zirvələr arzulayıram».
Sonra Dərbənd şəhər məclisinin deputatı Susanna Abdulhəmidovna Mirzəxanova, tamaşaya gələn tamaşaçıları və ajtyorlarl salamlama nitqi ilə müraciət etdi. “Bu yaxınlarda biz Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdik. Açılışa Dağıstan Respublikasının başçısı Sergey Alimoviç Melikov şəxsən iştirak etdi. Və bu münasibətlə biz dəyirmi masa keçirdik və bu dəyirmi masa ətrafında ümummilli Lider siyasi xadim Heydər Əliyev şəxsiyyətinə yüksək ehtiramla, onun haqqında gözəl çıxışlar etdik. Çünki H. Əliyev təkcə Azərbaycan xalqının deyil, dünya xalqlarının sevimlisinə çevrilmişdir. Və respublika başçısının ona olan səmimi münasibət bizləri heyran edir. Bugün Azərbaycan teatrlnın bu tamaşanı, o böyük şəxsiyyətin şərəfinə göstərməyi də əbəs deyil, o böyük insana verilən böyük dəyərdir. Bu insanın fəaliyyəti haqqında deyilən xoş sözlərə görə respublika başçısına minnətdarıq. Biz bütün bunları təkcə Heydər Əliyevə deyil, həm də Dağıstan xalqına və burada yaşayan Azərbaycanlılara hörmət kimi qəbul edirik. Heydər Əliyev böyük şəxsiyyətdir, o,bir vaxtlar bizim ölkəmiz üçün də çox böyük işlər görüb. Bugün şahidi olduğumuz Rusiya ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərin möhkəmliyi də aiddir”.
İnanın ki, “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasının premyerası böyük marağa səbəb olub, tamaşa bitdikdən sonra tamaşaçıların alqışlarına cavab olaraq artistlər dönə-dönə səhnəyə gəliblər. Tamaşaçılar
yaradıcı kollektivə parlaq alqışlarla yanaşı, gözəl gül dəstələri təqdim ediblər. Premyeranın sonunda Dərbənd Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Telman Tairli teatrın rəhbərliyi və truppası qarşısında çıxış edib. «Ümummilli lider Heydər Əliyev teatrı çox sevirdi və deyirdi. «Teatr müqəddəs yerdir. Teatr insanın mənəvi baxımdan formalaşmasında həmişə çox mühüm rol oynayıb. Mən həmişə teatrla bağlı olmuşam, ona yaxın olmuşam. Bu, qalıcı bir hissdir… Çalışan insanlar. teatr və incəsənət sahəsində çox fədakar olsunlar, çünki teatr hər bir xalqın öz mədəniyyətidir». Bu layihənin həyata keçirilməsinə görə Dərbənd Azərbaycan Dövlət Dram Teatrına Dərbənd Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti və ictimaiyyəti adından minnətdarlığımı bildirirəm. Bu, milli teatr sənətinin böyük uğurudur!” Tamaşanın sonunda onun hazırlanmasında iştirak edən bütün yaradıcı kollektiv təşəkkürnamələrlə mükafatlandırılıb.
Rollarda Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova, aparıcı aktyor və rejissor köməkçisi Hörmət Aslanov, Dağıstan Respublikasının əməkdar artistləri Rəhilə Ömərova, Əlimöhsüm Abbasov, Sevda Beybalayeva, aktyorlar Əli Ağalarov, Mirzeağa Cüm-Cüm, Orxan Əliyev, Mədinə Hacıağayeva, Lüdmila Babatova, Saladunxan Bədirxanov, Nadir Əliyev.
Mən tamaşa öncəsi, tamaşaya şəxsən mənim dəvətimi yerə salmadan, öz qızıl vaxtından ayırıb gələn Gülçöhrə Nadırovna Seyidova ilə qısa bir müsahibə etdim. O qeyd etdi ki, «Zeynəb. Mən çox sevinirəm ki, Dərbənddə, Dağıstanda mənim xalqımın mədəniyyət ocağı teatrımız var. Sən mənə afişanı göndərdiyində, bir daha qürurlandım ki, mənim xalqımın sənin kimi mədəniyyətini sevən övladları var. Mən bunun dəfələrlə şahidi olmuşam ki, sən hələ teatrda işləmirdin, amma mənə onun bütün afişalarını göndərirdin. Bu da sənin, xalqına və mədəniyyətinə verdiyin dəyərin sübutudur. Mən vaxtın olduğca tamaşalara gəlurəm, teatrımızın aktyorlarının səhnə mədəniyyətinin,, oyunlarının vurğunuyam. Hər biri öz üzərinə düşən rolun öhdəsindən layiqincə gəlir. Mən inanıram ki, bizim teatrımız hələ çox böyük işlərə imza atacaq. Mən teatrın bütün kollektivinə, başda teatrın direktoru zəhmətkeş və öz işinin bacarığlı ustası olan Furdousi Əskərov olmağla, hər birinizə uğurlar arzu edirəm. Və mən burada yaşayan Azərbaycanlılara demək istərdim ki, teatrı sevin, çünki o bizim mədəniyyətimiz, mənliyimiz, kimliyimizdir. Zeynəb, teatrımıza bugün dəsdək olmaq istər maddi, istərsə də mənəvi, hər birimizin borcumuzdur. Mən gələn tamaşalara da, sevə-sevə gələcəm. Bir daha, uğurlar arzulayıram teatrımıza əzizim».
Əzizlərim, əziz oxucularımız Azərbaycan Dövlət Dram Teatrı və «Dərbənd» respublika qəzeti bizin mədəniyyət zirvəmizdir, dilimizdir. Dili, mədəniyyəti olmayan xalq xalq deyil. Gəlin əlimizdə olanları qoruyub saxlamağı bacaraq. Elə edək ki, sabah gec olmasın.
Mən də bütün deyilənlərə qoşularaq, ö z gözəl və mehriban kollektivimizə uğurlar arzulayıram.
Dərin hörmətlərimlə nəğməkar şairə, Azərbaycan teatrının aktrisası, qəzetin ştatdankənar müxbiri Z. Dərbəndli