Putin və Əliyev əlaqələri gücləndirmək barədə razılığa gəliblər
Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Kremlin və Azərbaycan Prezidenti Administrasiyasının məlumatına görə, Tərəflər ticari-iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib və müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.