Vətənin,yurdun müqəddəsliyi öz xalqını,öz elini ,obasını,yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu ,ən ali istək,ən yüksək amaldır.
Doğma Vətənimiz Dağıstan ta qədimdən qəhrəmanlar yurdu,igidlər məskəni olub. Heç bir savaş,heç bir müharibə onları qorxuda bilməyib.Çünki Dağıstan xalqı öz təbiəti,xarakter etibarı ilə həmişə mərd,cəsarətli və eyni zamanda sülhsevər olmuşdur.O,heç kəsin torpağına göz dikməmiş,kiməsə təcavüz etməyi özünə rəva bilməmişdir.Lakin Vətənin ona ehtiyacı olduğu zaman isə həmişə sinəsini qabağa verərək ona dayaq olmuşdur.Uzaq tarixi keçmişimizi varaqlamağa ehtiyac yoxdur.Bu gun Dağıstanın elə bir şəhəri,rayonu,kəndi,qəsəbəsi tapılmaz ki,oradan mərd,mübariz igidlərin sorağı gəlməsin.
Mən deyərdim ki,onlar bizim dövrümüzün qəhrəmanlarıdır.Bu qəhrəmanlardan biri də xüsusi hərbi əməliyyatın iştirakçısı, qədim Dərbəndimin vətənpərvər oğlu,leytenant Əsgərov Ağaseyiddir. Vətənin müdafiəsinə can atmaq qərarına gələn bir çox gənclər üçün Vətənə fədakar xidmət nümunəsidir haqqında söhbət açacağım Ağaseyid Əsgərov.O, Dərbənddə,qədim bir mahalda doğulub, böyüyüb,boya- başa çatıb.Şəhərin ən qədim məktəblərindən birində,Nizami Gəncəvi adına №6 saylı orta məktəbdə təhsil alıb.Məktəbə qədəm qoyduğu ilk gündən arıq cüssəli,cılız bir uşaq olan Ağaseyid çalışqanlığı,gülərüzlülüyü,mehribanlığı ilə müəllimlərinin sevimlisi olmuşdu.Vətənpərvərlik,Vətənə məhəbbət kimi keyfiyyətlər-bütün bunlar uşaqlıqdan gəlir. Elə o da uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Ağaseyid 11 il təhsil aldığı №6 saylı məktəbdə müəllimlərinin,sinif yoldaşlarının,dostlarının,onu tanıyanların yaddaşında bacarıqlı şagird,mərd və ədalətli bir gənc kimi yadda qalıb.Ağaseyid mehribanlığı və həddən artıq cavabdehliyi ilə seçilən şagirdlərdən olub.Ən əsası dostluq etməyi,və dostluğa dəyər verməyi bacardığına görə də hamı tərəfindən sevilirdi.
O,orta məktəbi bitirdikdən sonra Novosibirsk Ali Komandanlıq Məktəbinə daxil olub və oranı da müvəffəqiyyətlə bitirib.Hazırda leytenant Əsgərov Ağaseyid xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirir. Svatovski istiqamətində döyüş tapşırığı zamanı o, yaralansa da, düşmənlə birbaşa təmas xəttində olarkən bir gün ərzində yaralı vəziyyətdə mövqelərini saxlamağa davam edərək əks tərəfə təqribən 15-20 metr məsafədə bir addım da irəliləməyə imkan vermir. O, döyüş zonasından çıxarıldıqdan sonra təxliyyə olunmaqdan imtina edir və səhhəti tamamilə pisləşənə qədər daha üç gün öz bölməsində qalır, bundan sonra şəxsi heyət komandiri üçün narahatçılıq nümayiş etdiri və onu xəstəxanaya təxliyə etməyə məcbur edirlər.Onun şücaətli hərəkətləri nəticəsində bölmə öz mövqeyini qoruyub saxlamış və çox vacib istiqamətdə düşmənin əks-hücumunu dəf etmişdir. Göstərdiyi şücaət və cəsarəti nəzərə alınaraq leytenant Əsgərov “Cəsarət” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Ümumiyyətlə, Ağaseyid Əsgərovun aşağıdakı mükafat siyahısı var:
“Cəsarət” ordeni.
“ İgidliyə görə” medalı.
“ Döyüşdə fərqlənməyə görə” medalı.
“2-ci dərəcəli Şücaət” medalı.
“Hərbi Birliyi gücləndirilməyə görə” medalı.
“ Minatəmizləmə”yə görə medalı.
Leytenant Əsgərov Dərbənd şəhərindəndir. SVO zonasında tapşırıqları yerinə yetirir. Svatovski istiqamətində döyüş tapşırığı zamanı o, yaralanıb, lakin düşmənlə təxminən 15-20 metrədək məsafədə birbaşa təmas xəttində olmaqla, onların irəliləməsinə imkan verməyən yaralı mövqelərini bütün gün saxlamağa davam edib. tək addım. O, çıxarıldıqdan sonra evakuasiyadan imtina edib və səhhəti tamamilə pisləşənə qədər daha 3 gün öz bölməsində qalıb, bundan sonra şəxsi heyəti komandirinə qayğı göstərib və onu xəstəxanaya təxliyə etməyə məcbur ediblər. Onun ayıq-sayəql hərəkətləri nəticəsində bölmə öz mövqeyini qoruyub saxlayıb və çox mühüm istiqamətdə düşmənin əks-hücumunu dəf edib. Leytenant Əsgərov “İgidliyə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.
Qürur duyuruq ki,Ağaseyid müəllimlərinin və onu tanıyanların ona olan inamını doğruldur. Ədəb-ərkanı,mehribanlığı,dürüstlüyü,mzrdliyi ilə yadda qalan Ağaseyid hamı tərəfindən sevilir,ona görə də biz hamılıqla birgə həm ona,onun timcalında döyüş dostlarına,yoldaşlarına uğurlar diləyirik. Arzu edirik ki,tezliklə sağ-salamat,həm də qələbə ilə geri-doğmalarının,yaxınlarının,əzizlərinin yanına dönsünlər.Vətən öz qeyrətli övladları ilə fəxr edir!