Qəhrəmanlar unudulmur!

                                                                                     

              Qəhrəmanlarımızın əziz xatirəsi heç vaxt unudulmayacaq Dağıstanın igid ,qəhrəman oğulları həmişə müharibələrdə,döyüşlərdə  öz şücaətləri ilə seçiliblər.Təkcə onu qeyd etmək kifayətdir ki,Ukraynada Xüsusi Hərbi Əməliyyat başlayandan bəri artıq altıncı dağıstanlı yüksək –Rusiya Qəhrəmanı adına layiq görülüb. Bu, igid dağıstanlı-Dərbəndli pilot,mayor Mixail Abramenko,       təəssüflər olsun ki,yüksək  ada ölümündən sonra layiq görüldü.

Həmyerlimiz Ka-52 helikopterinin ekipajına komandirlik edib və XHƏ-ın başlanğıcından indiyədək 600-dən çox döyüş uçuşu həyata keçirib. O, əsl peşəkar idi və mürəkkəb tapşırıqların öhdəsindən belə igidliklə gəlirdi. Bunu onun təcrübəsi sübut edir: mayor Şimali Qafqazda antiterror əməliyyatında, BMT-nin Çadda sülhməramlı əməliyyatında və Suriyadakı hərbi əməliyyatda da iştirak edib.

Ukraynada Mixail yaralılarımızı təxliyə edərkən düşmənin 40-dan çox texnikasını məhv edir və digər vertolyotlarımızı da müdafiə etməyi bacarır. 

Qəhrəman komandirimizin ailəsinə  və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz cəsur mayorumuzun şücaətləri ilə fəxr edirik və onun ailəsini diqqətdən kənarda qoymayacağımıza söz veririk.Vətənimizin gələcəyi naminə canlarını qurban vermiş  Qəhrəmanlarımıza eşq olsun! Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

                                                                                                                Mirhəmidova S