Qətər Dağıstanla aqrar-sənaye kompleksində əməkdaşlıqda maraqlıdır

Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Qafqaz İnvestisiya Sərgisinin yekunlarına görə Qətər Dağıstanla aqrar-sənaye kompleksində əməkdaşlıqda maraqlıdır-deyib.
“Qətərin Rusiyadakı səfiri Əhməd bin Naser bin Casim Al Tani kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Biz bu məsələləri ətraflı şəkildə işləyəcəyik”, — deyə region rəhbəri qeyd edib.
Sergey Melikov sərgidə qonşu rayonların kredit təşkilatları və sahibkarları ilə qurulan əlaqələri də diqqətə çatdırıb.
“Kənd təsərrüfatı ilə bağlı çoxlu qərarlar qəbul edilib. Buraya Dağıstanda Rusiyanın ən böyük fındıq bağına VTB dəstəyi və Rosaqrolizinqlə əməkdaşlıq daxildir. Respublikamız qonşu rayonların sahibkarları üçün də maraqlıdır, çünki bizdə erkən meyvə sortları var və intensiv bağçılıq inkişaf etdirilə bilər. Əlaqələr mübadiləsi apardıq, onların ziyarətini gözləyirik”-deyə bildirilib.

S. Mamayev