Qalibi təbrik edirik!

                                             

Sarayların naxışını ,həyatın simfoniyasını,lövhələrin solmazlığını,dastanların nəğməsini,sözünü yaradan şairin,sənətkarın,memarın,bəstəkarın özünü müəllim yetişdirib,onları kamala,ərsəyə müəllimçatdırıb.Müəllim-önündə başlar əyilən,qarşısında bağlı qapı olmayan müəllim!

26 aprel 2023-cü il tarixində Dağıstan Respublikasının Dövlət Büdcə Müəssisəsinin “ Dağıstan Dövlət Mahnı və Rəqs Ansamblı”nda “Rusiya ilinin təhsil işçisi” Ümumrusiya peşəkar müsabiqəsinin qaliblərinin və iştirakçılarının təntənəli mükafatlandırılma mərasimi keçirilmişdir. 

Müsabiqə məktəbəqədər təhsil müəssisələrinin müəllimi peşəsinin nüfuzunun artırılması, istedadlı müəllimlərin üzə çıxarılması, qabaqcıl pedaqojitəcrübənin təbliği, məktəbəqədər təhsil müəssisələrinin ən yaxşı müəllimlərinin özünü həyata keçirməsi üçünimkanların yaradılması məqsədi daşıyır. Təntənəli şəraitdə Dağıstan Respublikasının Təhsil NaziriBuçayev Ya.Q. qaliblərin və mükafatçıların adlarını açıqladı. «Rusiya İlinin Maarifçisi» müsabiqəsində fəxri ikinci yeri qazanmış «Dərbənd şəhəri» şəhər rayonu «Vasilek» MBDOU CRR 4 saylı uşaqbağçasının müəllimi Babayeva GülidəQəhrəmanovnanı təbrik edirik. MBDOU CRR 4 «Vasilyok» uşaq bağçasının müdiri RamazanovaMədinə Beybutovnaya və baş müəllim BabayevaRefaya Vaqidovnaya qalibin hazırlanmasında böyüktöhfələrinə görə dərin təşəkkürümü bildirirəm.

 İşgüzar tərəfdaşlar qalib və mükafatçılara xatirə hədiyyələri və pul sertifikatı təqdim ediblər. Qoymüsabiqədə iştirak müəllimimizin həyatında yaddaqalan hadisəyə çevrilsin və yeni zirvələri fəth etmək üçün güc və ilham versin!-qalibə beləcə arzularını bildiriblər.

Biz də “Rusiya ilinin təhsil işçisi” müsabiqəsinin qalibi Gülidə Qəhrəmanovnanı bu münasibətlə səmimi qəlbdən təbrik edir və ona gələcəkdə daha yüksək zirvələr fəth etməyi arzulayırıq.

                                                                                                                       Salixova S.M