Dağıstan qılıncoynadanı Ayzanat Murtazayeva Kasablankada (Mərakeş) keçirilən qılıncoynatma üzrə Dünya Kuboku mərhələsinin bürünc mükafatçısı olub.

Xunzax rayon sakini yarış zamanı İtaliyadan olan iki rəqib, eləcə də Honkonq və Polşadan olan idmançılar üzərində qələbə qazanıb.

Yarımfinal görüşündə Murtazayeva inadkar mübarizədə Ukrayna təmsilçisinə məğlub oldu və bürünc medalla çıxışını başa vurdu.