Regionun nazirlər kabineti mətbuat- xidmətinin məlumatına görə Dağıstanın xalq şairi R. Həmzətovun anadan olunmasının 100 illiyinə həsr edilmiş Bakı şəhərində keçirilmiş tədbirlərdə respublikanın nümayəndələri iştirak etmişlər. Dağıstan nümayəndəliyinə DR Höküməti sədrinin müavini Müslim Telyakavov başçılıq edib.
«Səfər çərçivəsində Dağıstan nümayəndələri məşhur Həmzətovun Durnalar həkk edilmiş» 1941-1945-ci illər » xatirə monumentində olmuş və Baki şəhərindəki Rus Evində Azərbaycanın yazıçılar birliyinin üzvləri ilə görüşüblər» deyə məlumatda bildirilir.
Xatirə tədbirləri çərçivəsində Həydər Əliyev adına Sarayda multimedia, foto, kitab, illüstrasiya, xalq bədii məhsulları sərgiləri, ustad dərslər təşkil edilib.
«Parlaq və həvəsli Dağıstanın gözəlliyi və qəlbi canlanacaq məşhur» Lezginka» ansamblı, «Oxuyan Çaroda» kişilər xor və digərləri şairin simasını açmağa kömək göstərəcəkdir » deyə nazirlər kabinetinin mətbuat — xidmətindən bildirmişlər.
DR Hökümətin sədrinin müavini Müslim Telyakavov Bakıda Rusiya Azərbaycandakı səfiri Mixail Evdokimovla görüşüb. Tərəflər iki respublikanın turizm, mədəniyyət, idman, təhsil və eləcədə regionlararası əlaqələrin inkişafı və möhkəmləndirilməsi məsələlərini müzakirə edib. Müslim Telyakavov Mixail Evdokimova Dağıstan nümayəndəliyinin səfərini başlıca məqsədləri — Azərbaycanda Rəsul Həmzətovun 100 illik yubileyini bayram edilməsi çərçivəsində keçirilən tədbirlərlərdə iştirak etmək olub.
Görüşün axırında Müslim Telyakavov Mixail Evdokimova Rəsul Həmzətovun secilmiş əsərlərinin yeni nəşriyyatını və Mərkəzi Bankın şairin yubileyinə həsr edilmiş xatirə medalını hədiyyə etmişdir.
Görüşdə DR Başçısı və Hökumətinin Müdiriyyəti rəhbərinin müavini — DR Başçısının informasiya siyasəti və mətbuat — xidməti idarəsinin rəisi Raşid Akavov, DR milli siyasət və diniİşlər üzrə naziri Enrik Müslimov və Mahaçqalada Rusiya Xarici işlər nazirliyinin Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Marat Osmanov iştirak etmişlər.
M. Seyidov