Rusiya hökuməti daşqından zərər çəkmiş insanlara kömək üçün Dağıstan və Çeçenistana 1 milyard rubldan çox vəsait ayırıb
Bu barədə Sərəncamları Baş nazir Mixail Mişustin imzalayıb.
Söhbət bölgələrin birdəfəlik maddi yardımın ödənilməsi xərcləri, habelə zəruri əmlakını tamamilə və ya qismən itirmiş vətəndaşlara maddi yardımdan gedir.
Xatırladaq ki, Dağıstanda daşqınlar nəticəsində zərər çəkmiş 76 min vətəndaş artıq 2,8 milyard rubl məbləğində ödəniş alıb.