Rusiya kubokunun qalibi oldu

 

Dağıstanlı məktəbli qız şahmat üzrə Rusiya kubokunun qalibi olub Dağıstanlı məktəbli Amina Xiryayeva Yessentukidə keçirilən şahmat üzrə Rusiya kubokunun qalibi olub. Avqustun 17-dən 26-dək Ümumrusiya yarışları keçirilib. Bu, 9, 11, 13 yaşadək oğlan və qızlar və 15 yaşadək oğlan və qızlar arasında şahmat üzrə 2023-cü il Rusiya Kubokunun “Essentuki Yayı” mərhələsi idi. “11 yaşadək qızlar” kateqoriyası üzrə çempion Mahaçqala şəhər 7 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Amina Xiryayeva olub. Amina FİDE ustası, məşqçi Mənsur Musayevin yetirməsidir. Gənc şahmatçı 7 mümkün xaldan 7 xal toplayaraq kubok mərhələsini məğlubiyyətsiz keçib.
B. Pirməhəmmədov