Rusiya Sərhəd Mühafizəsi Günü


Mayın 28-i Rusiya xalqı əsas hərbi bayramlarından birini,Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən-Sərhəd Mühafizəsi Gününü qeyd edir.Bildiyimiz kimi bu il Sərhəd Qoşunlarının yaradılmasının 105 illik yubiley ilidir(1918-2023).Bu münasibətlə biz də xalqımızı,bütün rusiyalıları öncədən səmimi qəlbdən təbrik edirik! Sərhəd Mühafizəsi Günü, Vətənin ən ucqar hüdudlarında müdafiəsi və mühafiəsi kimi böyük məsuliyyəti ilk öz üzərinə götürməyə məhkum olan cəsur insanlar günüdür.Ona görə də bu gözəl yaz günündə, mayın 28-də bütün ölkəmiz Vətən sərhədləri müdafiəçilərinin peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edəcək.
Bu bayram tədbirləri təkcə aidiyyatı qurumlarda deyil, həm də gələcək nəsli hərbi-vətənpərvərlik ruhunda tərbiyə edən tədris müəssisələrində də keçirilir.Bu məqsədlə mən də adəti üzrə,şəhərimizin ən qocaman məktəblərindən birinə- N.Gəncəvi adına №6 saylı orta ümumtəhsil məktəbinə üz tutdum,çünki əmin idim ki,məktəbin tərübəli tarix müəllimi Aslanova Seyid Mayidə Seyid İslamovna bayram tədbirini şagirdləri ilə birlikdə mütləq surətdə qeyd edəcəkdir,biz onun dəfələrlə istər məktəbdə, istərsə də şəhər miqyasında hazırladığı tədbirlərdə iştirak etmişik.Elə ilk müsahibimiz də o, özü oldu:
-Seyid Mayidə Seyid İslamovna salam,Siz bilirsiniz ki, bu il Sərhəd Qoşunlarının yaradılmasının 105 illik yubiley ilidir,bu münasibətlə şagirdlərinizlə hansisa bir tədbir hazırlamısınızmı?
-Sözsüz ki,hazırlamışıq,Vətənimiz Rusiya üçün,bizim üçün böyük əhəmiyyət kəsb edən bu bayramdan biz necə kənarda qala bilərik?
-Artıq tədris ili başa çatır,4-cü rübün son günləridir,həm siz,həm də şagirdləriniz yəqin ki, çox yorulmusunuz ,ilin axırında belə bir tədbiri hazırlamaq çətin olmadı ki?
-Xeyr,əminliklə sizə deyə bilərəm ki,bizim məktəbin şagirdləri hərbi-vətənpərvərlik ruhunda hazırlanan tədbirlərdə böyük həvəslə iştirak edirlər,yəqin sizin yadınızdadır Əfqanıstana həsr olunmuş tədbirdə şagirdlərimizin necə çıxış etdikləri? Biz təkcə tarix dərslərində deyil,Vətənimizin bu günkü vəziyyətini nəzərə alaraq çalışırıq ki,bütün fənlərdə,bütün tədbirlərdə şagirdlərimizdə hərbi-vətənpərvərlik ruhunu tərbiyə edək,yüksəldək.
-Mən sizin məktəbdə belə tədbirlərdə tez-tez olduğum üçün soruşmaq istəyirəm ki, sizdə bu həvəs necə yaranıb,ailənizdə hərbiçi varmı?
-Xeyr,ailəmizdə hərbiçi hələ ki,yoxdur.Amma bu ilk növbədə mənim bir vətəndaşlıq borcumdur, tarix fənnini tədris edən müəllim kimi işimlə əlaqədar vəzifə borcumdur,sonra isə iki oğul övladı böyüdən bir ana kimi valideyn borcumdur.axı onlar da gələcəkdə vətənin əsgərləridirlər.Yeri gəlmişkən,sizi bu əlamətdar bayram münasibətilə şagirdlərimlə birgə hazırladığımız tədbirə dəvət edirəm.
-Böyük mənuniyyətlə,söhbətimizə tədbirdən sonra davam edərik.
Tədbirə, aparıcıların ilk öncə, təbrik nitqi ilə başlanıldı.Sonra şagirdlərin ifasında sərhədçilərə həsr olunmuş şeirlər və mahnı səsləndi.Tədbirdə iştirak edən şagirdləri, onlar üçün yeni olan bir çox məlumatları tədbirin aparıcıları tanış etdilər.Aparıcılar : məktəbin 10-cu sinif şagirdi Abakarova Elina və 8-ci sinif şagirdi Aslanov İslam idi.
Bir çox əsrlər əvvəl Rusiyada serif mühafizəsi (засечная стража) yaradılmlşdır. Adın özündə deyilir ki, bu insanların xidmətinə sərhədlərdə baş verənləri aşkar etmək daxildir. Ruhun, vicdanın və namusun əsl qəhrəmanları olan cəsur rus döyüşçüləri milli sərhədlərin keşiyində ayağa qalxdılar. Məşhur İlya Muromets isə cəsarətli sərhədçilər sülaləsinin banisi hesab olunur.
Sərhəd mühafizəsi haqqında ilk qeydlərdən biri 988-ci ilə aiddir. Sonra Kiyev knyazı Vladimir ilk sərhəd şəhərlərinin tikintisinə başlamağı əmr etdi. Göndərilən patrullar kəşfiyyat və müşahidə aparıb. Onlar ərazini yaxşı bilirdilər, qonşu dövlətlərin əhalisinin dilinə, məişətinə bələd idilər. Alovun və yanğınlardan çıxan tüstünün köməyi ilə rabitə təmin edilir.

XVI əsrdə sərhədçiləri “sərhədçi” adlandırmağa başladılar. Və 1571-ci ilin fevralında İvan Qroznı qubernator Mixail İvanoviç Vorotinskinin stanitsa və mühafizə xidmətinin ilk rəhbəri təyin edildi. Məhz o, sənədi hazırlayan, əslində, ilk sərhəd nizamnaməsi oldu.
28 may 1918-ci ildə RSFSR Sərhəd Mühafizəsi Xalq Komissarları Soveti tərəfindən təsdiq edildi. Rəsmi olaraq, Sərhəd Mühafizəsi Günü 1994-cü ildə Rusiya Federasiyası Prezidentinin fərmanı ilə təqdim edilmişdir. O vaxtdan bəri bu əlamətdar gün haqlı olaraq «Rusiyanın bayram təqvimi»ndə yerini aldı.
Rusiya ən uzun dövlət sərhədinə malik olan dünyanın ən böyük dövlətlərindən biridir. Rusiya sərhədinin quruda və suda ümumi uzunluğu 60 932 kilometrdir. Gəlin zehni olaraq təsəvvür edək: sərhəd çöllər və meşələr boyunca, səhranın dağları və qızmar qumları boyunca, dənizlərin və çay sahillərinin hamar səthi boyunca keçir.
Aparıcılar sərhəd qoşunlarının müharibədə göstərdikləri şücaətlərdən də danışaraq şagirdlərdə bu peşəyə rəğbət hissini,marağı daha da artırdılar:
Sərhəd qoşunları daim ayıq-sayıq idi, xaricdən gələn ağ dəstələrin basqınlarına qarşı mübarizə aparır, Orta Asiyada basmaçıları darmadağın edirdi, Çin Hərbi Dəmir yolunda, Xasan gölündə böyük silahlı toqquşmalarda iştirak edirdilər. Sərhədçilərin Böyük Vətən Müharibəsində göstərdiyi mətnlik və şücaət məlum faktdır.
Müharibənin salnaməsində əbədi olaraq bir aydan çox düşmənə qəhrəmancasına müqavimət göstərən Brest qalası sərhədçilərinin şücaəti var. Və yalnız bir müdafiəçi qalmadıqda, nasistlər onu ələ keçirə bildilər. Sərhədçilər cəsarət və vətənpərvərlik nümunələri göstərdilər. Düşmənlə ilk qarşılaşan onlar son damla qanlarına qədər vuruşdular.
Sərhədçilərdən yüz əlli nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 49 sərhəd bölməsi ordenlərlə təltif edildi.
Güclü düşmən qüvvələri ilə qanlı döyüşlərə rəhbərlik edən yaşıl papaqlı əsgərlər müharibənin Leninqrad, Kiyev, Smolensk, Sevastopol, Moskva yaxınlığındakı əsas döyüşlərində, Stalinqrad və Kursk döyüşləri zamanı kütləvi qəhrəmanlıq və şücaət göstərmiş, Reyxstaqı ələ keçirmişlər. .
Müharibə illərində sərhədçilərin vuruşduğu partizan dəstələri tərəfindən nasist qoşunlarına çoxlu problemlər gətirildi.
Sərhədçilər Mühasirəyə alınmış Leninqradı materiklə birləşdirən yeganə yol olan Həyat Yolunu qorudular. Minlərlə sərhədçi orden və medallarla təltif edilib.
Sərhədçilər üçün həqiqətən tarixi hadisə onların müharibə başlamazdan əvvəl qoruduqları sərhədə qayıtmaları oldu. 1944-cü ilin mayında Prut çayını qoruyan 24-cü sərhəd dəstəsinin döyüşçüləri müharibədən əvvəlki xətlərdə dayandılar. Döyüşçülərin bir çoxu yaşıl papaqlarını çıxarıb taxdılar, ehtiyatla çantalarında saxladılar və bölmələrdə ilk olaraq sərhəd postu quracaq yarışma başladı. 7-ci zastavanın sərhədçiləri çuxur qazaraq birinci sərhəd zastavasını quraşdırıblar. Bu əlamətdar hadisə 1009 günlük müharibədən sonra baş verdi.
Bir daha təkrar söyləmək istəyirəm: 28 May Sərhəd Mühafizəsi Günüdür! Öz xidməti borcunu yerinə yetirərək Vətənin ən ucqar hüdudlarında müdafiəsi və mühafiəsi kimi böyük məsuliyyəti ilk öz üzərinə götürməyə məhkum olan cəsur insanlar günü!
Tədbirə qonaq da dəvət olunmuşdu.O, FTX Sərhəd İdarəsinin Dərbənd bölgəsi üzrə nümayəndəsi,24-54 saylı H-h-nin podpolkovniki Xaladilov İqor Vladimiroviç idi.Tədbirin sonunda İqor Vladimiroviçə söz verərkən o,ilk növbədə tədbiri hazırlayan Aslanova SeyidMayidə Seyidislamovnaya və böyük həvəs və ruh yüksəkliyi ilə çıxış edən şagirdlərə öz minnətdarlığnı bildirdi, sonra isə onları may ayının 28-də sərhəd qoşunlarında keçiriləcək tədbirə dəvət etdi.
Tədbir mənim də çox xoşuma gəldi,ona görə də başda məktəbin direktoru İndira Zöhrabovna olmaqla tədbiri hazırlayan SeyidMayidə Seyidİslamovnaya və tədbirdə həvəslə çıxış edən şagirdlərə öz minnətdarlığımı bildirirəm.Nə yaxşı ki,gələcəyimiz olan bu gəncləri belə hərbi-vətənpərvərlik ruhunda yetişdirən müəllimlərimiz var.
Salixova S.M