Rusiyanın tarixi parkları Rəsul Həmzətovun 100 illiyi şərəfinə sərgilər təşkil edir

Rusiyanın Tarixi Parklarında «Rəsul dövrü. Şəxsiyyətin tərəfləri» multimedia sərgisi keçiriləcək.

Rusiyanın 24 regionundakı tarixi parklar şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi şərəfinə sərgilər təşkil edir-  Mahaçqalada yerləşən“Rusiya-Məim tarixim”  parkının mətbuat xidmətindən bu barədə  “İnterfaks”a məlumat verilib. 

«Sərginin unikallığı ondan ibarətdir ki, Mahaçqala tarixi parkı ilk dəfə olaraq ölkənin 23 multimedia kompleksində açılacaq ümumrusiya ekspozisiyasını hazırlayır», — mətbuat xidməti , Dağıstana sərgi layihəsini müzakirə etmək üçün gələn, “Rusiya-Mənim tarixim”layihəsinin baş redaktoru   Aleksandr Myasnikovdan sitat gətirib. 

Myasnikovun sözlərinə görə, unikal layihə Həmzətovu «sadəcə şair kimi deyil, bir filosof, şəxsiyyət kimi təqdim etməyə və onun obrazını tam üzə çıxarmağa» imkan verəcək.

“Rusiya – Mənim tarixim” Dağıstan tarixi parkının rəhbəri Timur Vəlixanov bildirib ki, hazırda arxivlərə daxil olan məlumatların əldə edilməsi, yığılaraq rəqəmsal daşıyıcılara ötürülməsi istiqamətində işlər aparılır.

«Sərgi multimedia olacaq, biz bütün mövcud formatlardan istifadə edəcəyik. Bu, əslində komandamızın və cəlb olunmuş mütəxəssislərin böyük işidir, əminəm ki, ekspozisiya uğurla keçəcək. Bu, ilk növbədə bizim üçün vacibdir , bütün tarixi parkların ziyarətçilərinə böyük şairimizin şəxsiyyətini üzəçıxararaq göstərəcəyik”, — deyə mətbuat xidmətiVəlixanovun sözlərini sitat gətirib.

Xəbər verdiyimiz kimi, 2023-cü il Rəsul Qəmzətov ili elan edilib və məşhur şairin 100 illik yubileyi bütün Rusiyada qeyd olunacaq. Əsas hadisələr şairin vətəni olan Dağıstanda baş verəcək. 2021-ci il iyulun 1-də prezident Vladimir Putin Dağıstan şairinin yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Rəsul Qəmzətov 1923-cü il sentyabrın 8-də anadan olub. Yaradıcılıq illəri ərzində “Durnalar”, “Ürəyim dağlarda”, “Uca ulduzlar”, “Dostların qayğısına qal”, “Ocaq başında”, “Məktublar”, “Son qiymət”,”Əfsanə”kimi əsərləri yer alıb. 

O, dörd Lenin ordeni, Oktyabr İnqilabı ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, III dərəcəli Vətən qarşısında xidmətə görə ordeni və Müqəddəs Andrey Pervozvannı ordeni ilətəltif edilmişdir. 

Dağıstanda Həmzətov xalq şairi kimi tanınır.O,Sosialist Əməyi Qəhrəmanı, RSFSR Lenin və Dövlət Mükafatları laureatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatı laureatı adına layiq görülüb.

S. Salixova