Azərbaycan Dövlət Dram teatrı, hər zaman öz möhtəşəm çıxışları və tamaşalı ilə tamaşaçısını valeh edə bilib. Həm tamaşa, həm də konsert proqramları ilə hər zaman seçilib, çünki pəşəkar sənətkarı həmişə teatr səhnəsini öz çıxışları ilə bəzəyib.
Aprelin 27-də, teatrın kollektivi Xiv rayonuna «Səhnə ustalığı» proyekti əsnasında qastrol edib. Azərbaycan Teatrın kollektivi bu qastrol zamanı DR-ın əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşovanın quruluş verdiyi, dahi Üzeyir Hacıbəylinin «Ər və arvad» tamaşasını nümayiş edib, həm də teatrın artistləri tərəfindən canlı konsert proqramı ilə çıxış ediblər. Həm tamaşa, həm də konsert proqramı tamaşaçılar tərəfindən yüksək maraqla qarşılanıb.
Konsert proqramını teatrın musiqi üzrə rəhbəri DR-nın əməkdar artisti Sevda Beybalayeva hazırlamışdı. Konsertdə Dağıstan Respublikasının əməkdar artistləri Məhərrəm Ömərov, Mahir Məlikov, Sevda Beybalayeva. Artistlər Əfsanə Məlikova, Zeynəb Dərbəndli, Tamilla Mihrabova və Osman Mihrabov. Teatrın xalq çalğı alətləri ansamblı Elqar Kərimov, Maqsud Maqsudov, Murad Abdualiyev, Nadir Əliyev, səs rejissoru Murad Süleymanov iştirak etdilər. Tamaşada baş rolları Mərcan bəy Sərxan Səmədov, Minnət xanım Tamilla Mihrabova və başqaları iştirak etdilər.
Hər kəsə can sağlığı, uzun ömür və xoşbəxt həyat arzulayırıq.
M. Seyidov