Şəhərimizdə məktəbəqədər və məktəb yaşındakı uşaqların tərbiyəsi və təhsili imə məşğul olan bir çox təhsil müəssisələri vardır. Məktəbəqədər təhsil müəssisələrinə nümunə olaraq xüsusilə şəhərimizdə fəaliyyət göstərən BMTM (bələdiyyə məktəbəqədər təhsil müəssisəsi) 4 nömrəli uşaq inkişaf Mərkəzi “Василёк» uşaq bağçasını göstərmək olar. Tağızadə küçəsi 112 boyunca yerləşən və çox da böyük olmayan bu məktəbəqədər tərbiyə müəssisəsi hər gün 100-dən çox uşağı böyük sevgi və hərarətlə qarşılayır. Bu kiçik bağçanın uşaq dünyasına gözəl və səmimi insan, bacarıqlı təşkilatçı Mədinə Beybutovna Ramazanova rəhbərlik edir.
O, qısa müddət ərzində özünü bacarıqlı rəhbər və çalışdığı sahə üzrə əsl mütəxəssis kimi göstərdi, bağçanın məhsuldar fəaliyyətini qurdu, uşaqların bağçada qalmasının rahatlığını və təhlükəsizliyini təmin etdi. Əvvəllər haqqında bir çoxlarının eşitmədiyi və bilmədiyi bağça daha müasir və yaradıcı ikinci bir həyat qazandı. Şəxsi nümunə olaraq, bağçada çalışanlara səylərini əsirgəməməyi, əldə edilənlərə kifayətlənməməyi, davamlı olaraq daima inkişaf etməyi öyrətdi. İşçilər çoxdur, amma rəhbər birdir. Hər kəsi diqqətlə dinləmək, dəstəkləmək, məsləhət, qərar vermək, öyrətmək və hər şeyi öz qaydasında saxlamaq lazımdır.
Heç kim Mədinə Beybutovna kimi bunun öhdəsindən gəlmir, çünki özü böyük bir ailəyə və dörd gözəl uşağa malikdir və heç bir ana və ata övladından arxayın və rahat olmadan uşaq bağçasını tərk edə bilməz. Öz uşaqlarını bu bağçaya gətirən valideynlər hər zaman üzündə təbəssümlə binanı tərk edirlər.
Böyük tərbiyəçi Babayeva Refaya Vahidovnanın rəhbərlik etdiyi peşəkarcasına seçilmiş bir komanda bütün təhsil və tərbiyə vəzifələrini yüksək səviyyədə həyata keçirir. Mədinə Beybutovnanın işlədiyi dövrdə “Василёк” uşaq bağçası bir çox şəhər, respublika və Ümumrusiya müsabiqələrinin iştirakçısı, mükafatçısı və qalibi olmuşdur. Düzgün və ədalətli rəhbər uşaq bağçasında çalışan bütün işçilərini həvəsləndirir, dəstəkləyir və hər işin yüksək səviyyədə ğörülməsini təmin edir. O, hər bir işçiyə necə yanaşmağı, onların ürəyinə yol tapmağın açarını necə seçəcəyini bilir və eyni zamanda burada çalışan hər bir işçi bilir ki, çətin anlarda bağça müdirəsi, onlara kömək edəcək və əlindən gələni əsirgəməyəcəkdir.
Həsənbəyova Anjela- böyük qrup şagirdi Həsənbəyov Mənafın anası: -Artıq ikinci uşağımı bu uşaq bağçasına gətirən və heç vaxt bu qədər xoşbəxt olmamışam. Mədinə Beybutovnanın gəlişi ilə uşaq bağçasının atmosferi dəyişdi, burada uşaqlar inkişaf edir və valideynlərimiz rahatlıqlarını qoruyub saxlayırlar.
Mirzoyeva Rasida -böyük qrup şagirdi Mirzoyev Hüseynin anası: -Hər gün bütün işçilərin üzündə təbəssüm görmək çox xoşdur. Biz çox böyük həvəslə və inamla öz övladlarımızı bu bağçaya gətiririk. Tərbiyəçilər işlərində çox yaradıcıdırlar, hər bir “Səhərcik” (утренник) də inanılmaz bir şou yaradılır. Uşaqlarla, valideynlərlə birlikdə cevinirik. Valideynlərlə davamlı yüksək və keyfiyyətli ünsiyyət uşaqların bütün nailiyyətlərindən xəbərdar olmağa imkan verir. Belə bir kollektiv yaratmaq onun başçısından çox böyük zəhmət və təşkilatçılıq bacarığı tələb edir. Mədinə Beybutovna üçün dinindən, irqindən asılı olmayaraqbütün insanlar birdir. Uşaq bağçasının divarları arasında eyni dərəcədə azərbaycanlıların Novruz bayramı, ləzgilərin “Yaran suvar”ı, yəhudilərin “Peysax”ı və tabasaranlıların “Ebelsan”ı qeyd olunur. Gənc olmasına baxmayaraq, Mədinə Beybutovna Ramazanova bir daha cübut etdərək göstərdi ki, peşəkar keyfiyyətləriniz və əzmkarlığınız sayəsində qısa müddətdə çox şey əldə edə bilərsiniz! Uşaq bağçasına və işçilərinə davamlı uğurlar və firavanlıq arzu edirik!!!
GÜLİDƏ BABAYEVA