SƏNİ SEVİRƏM, DOĞMA YURDUM

DMSSR-rin yaranmasının 100 illiyinin geniş miqyasda qeyd olunması əlamətdar tarixi bir hadisəbir. 1921-ci il, yanvarın 20-də qurulmuş respublikamızın bu dövrədək keçdiyi yol asan olmamışdır. Bu haqda bizdən sonra gələn nəsillərin öyrənəcəyi çox şey vardır. 100 illiyə aid təbriblərin keçirilməsi gənc nəslin mənəvi və əxlaqi, intellektual mədəniyyətinin artırılmasında böyük rol oynayır.
DMSSR-in yaranmasının 100 illiyinə həsr olunmuş belə tədbirlərdən biri də bu yaxınlarda Dərbənd şəhər mərkəzləşdirilmiş kitabxana sisteminin oxu zalında “Doğma yurdum, səni sevirəm” mövzusu altında keçirilmişdir. Xatırladaq ki, bu qiraət müsabiqəsi gənclərin mənəvi mədəniyyətini və vətənpərvərlik tərbiyəsinə artırmaqla yanaşı, nitqin inkişafı və bədii sözə marağın, poetik sözün gözəlliyini və ifadəliyini hissetmə qabiliyyətini formalaşdırılması məqsədilə keçirilir. Həmin gün münsiflər heyyəti bacarıqlı və təcrübəli ictimaiyyətçi, DR-nın əməkdar mədəniyyət işçisi D.Əliyeva, ŞTİ-nin aparıcı mütəxxəssisi S.Abdullayeva, hərbi şöhrət muzeyinin mütəxəssisi G.Mirzəbalayeva, “Derbentskiye novosti” qəzetinin redaktoru N.Başirova və şairə N.Niyatdan ibarət idi. Qalib olmaq həvəsilə buraya toplaşmış iştirakçılar həyacanlı idilər. Onlar çox böyük həvəslə müsabiqəyə hazırlaşmışdılar. Bir-birinin ardınca edilən ifaların hamısı gözəl idi. Lakin münsiflər heyyəti onların içindən yaxşıların yaxşısını seçdilər. Beləliklə birinci yer yekdilliklə Dünya Mədəniyyəti gimnaziyasına verildi. İkinci yerlər Q.Xidirbəyov, “Kadet korpusu”, M.Sadıkov (6 saylı məktəb-internat), L. Nurmaqomedova (20 saylı OÜM), üçüncü yerlər isə A.Maqramova (4saylı OÜM), S. Seyidova (3saylı ÖUM), S.Kasimova (8saylı OÜM), arasında bölüşdürüldü. Münsiflər heyyətinin üzvləri öz qələmlərinin məhsulu olan şeirləri təqdim edən E.Rüstəmovanın (2saylı internat) və A.Talıbovanın (11saylı OÜM) çıxışlarını xüsusilə qeyd etdilər. M.Zairbəyovaya isə (21saylı OÜM) artistizmə görə təşəkkürlərini bildirdilər və qiraətçilərə bundan sonra daha da yüksən zirvələr fətt edərək, həyatda layıqli yer tutmağı və yeni-yeni müvəffəqiyyətlər arzuladılar.
Amaliya Ağakişiyeva