Saadula Ömərov: “Turist kartı” Dağıstana turist cəlbetmək üçün əlavə imkandır”

Dağıstan Respublikasının Turizm-Rekreasiya vəMehmanxana-Restoran Sənayesi MüəssisələriAssosiasiyasının prezidenti, “Ethnotravel” MMC-ninbaş direktoru Saadula Ömərov DağıstanRespublikasının “Turist Card” layihəsində iştirakınışərh edib. Onun sözlərinə görə, layihə respublikanınturizm regionu kimi daha da təbliğinə töhfə verəcək.

“Turist kartı” Dağıstana turist cəlb etmək üçün əlavəimkandır. Turistlər səfər etmək üçün bölgə seçərək, qənaət edə biləcəkləri yerə üstünlük verəcəklər.Bundan əlavə, bu, Dağıstan turizm məhsulunun təbliğiüçün daha bir vasitədir. Turoperatorlar, restorançılar vəya mehmanxanaçılar öz müştəri bazalarını artırabiləcək yeni kanala sahib olacaqlar”.

Səadula Ömərov onu da qeyd etdi ki, bu sistemintətbiqi xidmət göstərənlərin hüquqi sahədə işləməsinəstimul olacaq.

“Respublikada ödəniş terminalları olmayan bir çoxmüəssisələr var. Fikrimcə, Turist Kartının tətbiqi birçox xidmət provayderlərinin rəqabətədavamlı qalmaqüçün kölgədən çıxmasına stimul olacaq”, — deyə o, yekunlaşdırıb.

«Dağıstan» RİA