Sağ olsun Prezident

95-yaşlı  Zeyfitdin Tahirov demək olar ki, evdən bayıra çox gec- gec çıxır: yaş həddi buna imkan vermir, uzun müddət ayaq üstə dayanmağa çətinlik çəkir.Amma o, ömrü boyu çox fəal,həm də zəhmətkeş bir insan olub. Kolxoz və sovxozlarda mərdliklə və vicdanla çalışıb,həmişə qanuna tabe olub,  bunu başqalarından da tələb edirdi,ona görə də kənd camaatı onu öz aralarında “Qanun” adlandırırdılar.O həmişə prinsipial və vicdanlı işçi olduğuna görə kolxozun,sonra sovxozun rəhbərliyi onu yoxlama müfəttişi vəzifəsinə  təyin etmişdilər və bu etimadı  həmişə doğruldardı,hər zaman da oğurluğun qarşısını almağa çalışardı.

Ancaq o günlər keçdi,SSSRİ dağıldı,Zeyfitdin dayını bu çox narahat edirdi,əslində köhnə dövr adamlarının mahiyyətini çox pis başa düşdükləri və ya ümumiyyətlə başa düşməkdən imtina etdikləri yeni bir dövr başlamışdı.İndi yaşa dolub, zəifləyib.Amma görmə və eşitmə qabiliyyəti zəifləsə də yaddaşı zəifləməyib. Xüsusilə müharibə və müharibədən sonrakı illərdə kəndlilər üçün həyatın nə qədər çətin  olduğunu yaxşı xatırlayır.

-Əvvəllər,kolxozçulara  qətiyyən təqaüd verilmirdi-dedi-yaşlılar,qocalar ömürlərinin sonuna  qədər övladlarının himayəsində dolanırdılar.Sonralar az miqdarda da olsa başladılar təqaüd verməyə.Ötən əsrin doxsanıncı illərində ,Sovet İttifaqı dağılandan sonra,yenə də çətin dövr gəldi,inflyasiya başlandı və pensiyalar qəpik- quruşa çevrildi.Ancaq V.V.Putinin  hakimiyyətə gəlişi ilə ,Allaha şükür ki,hər şey sabitləşdi və pensiyalar özlərini  normal yeməklə və digər şərtlərlə təmin etmək üçün kifayət etdi.Bu gün mənə qızım Fatimə baxır,və ona görə də mən qərara almışam ki,Prezidentin təqaüdçülərə birdəfəlik  ödəməyi qərara aldığı o 10 min rublu qızıma verəcəyəm.Qəzetiniz vasitəsilə mənim minnətdarlığımı Vladimir Vladimiroviç Putinə  çatdırin  ki,  yaşlı insanlara belə diqqət və  qayğı göstərir-deyə Zeyfitdin dayı məndən xahış etdi.

                                                                                                                                 K.Umarov