Sağlamlığınızı qoruyun


«COVİD-19» 2019-cu ilin sonunda, bir bəla kimi yer üzünə çökdü. Və bu murdar xəstəlik hər kəsi pəncəsinə ala bildi. Bir həftəlik bütün sərhədlər və müəssisələr bağlandı. Bir həftə bir il oldu, bir il daha çox uzandı.
Bu xəstəlik dünyanın hər tərəfini əhatə etdi, insanları ağır sınağa çəkdi. Dağıstan Respublikasından da yan ötmədi. Doğrudur, ilk öncə bir çoxları buna uydurma kimi baxsalar da, sonda o özünü tamamən göstərə bildi.
Dərbəndin bir çox sayılıb seçilən şəxsiyyətini öz ölüm cənginə aldı. Insanların içinə sanki bir qorxu toxumu səpildi. Buna baxmayaraq insanlarımız yenə də öz ehtiyatını etməkdən imtina edirlər. Düzü onları da anlamaü olar, hər kəs həmişəki vəziyyət üçün darıxıb. Amma bunu unutmamalıyıq ki, bizim hər hansı bir kiçik səhvimiz də, doğmalarımızın bu illətə yoluxmasına səbəb ola bilər.
Odur ki, bu gün heç tərəddüd etmədən yoluxma əleyhinə peyvənd olmağımız lazım və vacibdir. Çölə çıxıb evə qayıdana kimi, heç kəs bilmir ki, nə baş verə bilər. Bu xəstəlik bəzən özünü çox gec büruzə verir. O üzdən, peyvənd olunmaq düşündüyünüzdən də çox vacibdir. Dağıstan gəncinin gələcəyini qorumaq üçün, vacib olan bütün şərtlərə əməl etmək lazımdır. Bunun üçün də, çöldən evə qayıdanda əllərinizi təmiz yuyhb, spirtdən istifadə etməlisiniz. Çünki hər hansı bir mikrob, əldə ola bilər. Maşına minərkən tutacağları tutursunuz, kimləsə əl tutub salamlaşırsınız. Bu da yoluxmanın sizi ətrafınızda ola biləcəyindən xəbər verir. Evdə öz övladlarınıza da, bu məsləhətləri verməyinizi tövsiyə edirik. Ən vacib olan isə həm özünüzün və ailə üzvlərinizin sağlamlığıdır. Bu da sizlərin əlinizdədir, hər şey özünüzdən asılıdır. Sağlamlığ Allahın biz bəndələrinə əmanətidir, biz bəndələr də, bu əmanəti qoruyub saxlamağı bacarmalıyıq.
M. Seyidov