Bu günlərdə Dərbənd şəhər Mərkəzi kitabxanada DASSR-in 100 illiyi ilə əlaqədar olaraq. Görmə qabiliyyəti zəif olan idmançılar arasında şahmat və damino üzrə şəhər turniri keçirildi. Yarışda 35-dən çox kişi və qadın idmançı iştirak etmişdir. Turnirin əsas məqsədi bədən tərbiyəsi və idmanı, Olimpiya və Paralimpiya hərəkatlarını əlillərin aktiv həyat tərzi və sosial və mədəni reabilitasiya vasitəsi kimi populyarlaşdırmaq və təbliğ etməkdir.
Turnirin öz növbəsində hər bir dairəvi sistemdə keçirildiyini əlavə edirik. Respublika kateqoriyalı hakim-nəzarətçilər Nadir Nuraçev, Tahir Cəfərov təyin edilib. Mükafat qazanan iştirakçılar diplom, müvafiq dərəcə sertifikatlar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. İdman Rəhbərinin müşaviri Tamerlan Sərdarov da, mükafatlandırma mərasiminə qatılmışdır. Turnirin təşkilatçıları «Dərbənd şəhəri» gənclər siyasəti və idman idarəsi idi.
M. Seyidov