Sankt-Peterburqda Rəsul Həmzətovun büstü qoyulacaq

Payızda Sankt-Peterburqda şairin 100 illik yubileyi münasibətilə Rəsul Həmzətovun büstü açılacaq.

“Sentyabrda Aleksandrinski teatrında Rəsul Həmzətovun yubiley gecəsi və Sankt-Peterburqda şairin büstünün açılışı planlaşdırılır”, — Dağıstanın mədəniyyət naziri Zarema Butayeva bildirib.

O, əlavə edib ki, Şimal paytaxtından olan gənc rejissorlar “Rəsul Həmzətovun vəsiyyətləri” adlı silsilə videoçarx hazırlayıblar. Onların həyata keçirdikləri digər mühüm layihə Rusiyada həlak olan hərbçilərin xatirəsinə hər il keçirilən “Ağ durnalar günləri” aksiyasıdır. Oktyabr ayında aksiya çərçivəsində Sankt-Peterburqun Qanunvericilik Məclisində şairinyubileyinə həsr olunmuş fotosərgi keçiriləcək.

Xatırladaq ki, Sergey Melikov martın 1-də Dağıstanın xalq şairi Rəsul Həmzətov ilinə start verib. Yubileybütün ölkədə qeyd olunacaq. Müvafiq sərəncamı dövlət başçısı Vladimir Putin imzalayıb.

H. Aslanov