Region rəhbəri Sergey Melikov Beynəlxalq Ahıllar Günü ilə bağlı respublika sakinlərinə müraciət edib.
“Əziz dağıstanın yaşlı nəslinin nümayəndələri! Əziz müharibə və əmək veteranlarımız! Sizi Ahıllar Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu bayram respublikanın inkişafı, şöhrətinin möhkəmləndirilməsi,zəhməti və istedadı ilə qoyduğu firavanlıq və rifahın təməli üçün gördükləri hər şeyə görə analara və atalara, nənə-babalara, yaşlı nəslin sadəcə tanıdığım və tanınadığım insanlarına hörmət və dərin minnətdarlıq bildirmək üçün daha bir səbəbdir.
Bu gün Dağıstanda gümüş dövrünün 400 mindən çox nümayəndəsi yaşayır. Sevindirici haldır ki, əmək fəaliyyətini başa vurmuş bir çox həmvətənlərimiz bu gün də fəal ictimai həyat tərzi keçirir, doğma torpağın problemlərinə biganə qala bilmirlər. Biz də öz növbəmizdə nəsillər arasında əlaqəni qorumaq və yaşlı insanların layiqli həyat səviyyəsini təmin etmək üçün əlimizdən gələni edirik.
Əziz ağsaqqallarımız! Müdrik,həyatda çox şey görmüş, fədakarcasına sevən ağsaqqallarımız! Doğmalar,yaxınlar məsləhət, dəstək üçün məhz sizin yanınıza gəlir. həmişə o isti sözlərinizi tapırsınız ki,onlara kömək olsun, təsəlli olsun. Siz hər bir Dağıstan ailəsinin qoruyucusu, ürəyisiniz, bilik və böyük təcrübəyə malik Vətənin canlı tarixisiniz.
İşinizə və bizimlə bölüşdüyünüz əvəzolunmaz həyat təcrübəsinə görə minnətdarlığımı qəbul edin.
Bütün qəlbimlə sizə və doğmalarınıza cansağlığı, dinclik, hərarət və yaxınlarınızın sevgisini, xoşbəxtlik və firavanlıq arzulayıram!” – Sergey Melikov arzularını bildirib.