Dağıstan Respublikasının başçısı vəzifəsini icra edən Sergey Melikov bu gün, 12 yanvar, Rusiya Mətbuat Günü ərəfəsində, Federal, respublika, bələdiyyə, KİV nümayəndələri ilə görüşəcək.
Respublika başçısı ilə jurnalistlər arasında dialoq sual-cavab formatında planlaşdırılır. İclas çərçivəsində dağıstanlı jurnalistlərin Böyük Vətən Müharibəsində Qələbənin 75-ci indönümünə təsadüf edən tədbirlərin işıqlandırılması, koronavirusun yayılması ilə mübarizə, milli layıhələrin həyata keçirilməsi və digər sosial əhəmiyyətli mövzulardakı fəal işlərinə görə təşəkkür mərasimi də planlaşdırılıb.
Görüş respublikadakı mövcud epidemioloji vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tələblərə uyğun olaraq keçiriləcəkdir.
Amaliya Ağakişiyeva