Dağlar yurdu, cənnət Dağıstanımız çox millətli bir diyardır, onun daxilində hər millətə və onların mədəniyyətinə yer var. Hər il, Dağıstan Respublikası Mədəniyyət Nazirinin sərəncamı ilə, Azərbaycan mədəniyyətinə həsr olunmuş «Sevinc» festivalı bayram abu-havasıyla keçirilir. Azərbaycan mədəniyyəti çox şaxəli və zəngindir.
Şifahi xalq ədəbiyyatı «Dastan», poeziya, musiqi mədəniyyəti və incəsənəti ilə hər yana səs salan xəzinə bizimdir. Bu cür zənginliklər ilə, hər bir Mədəniyyət daşıyıcısı fəxr edə bilər. Bir xalqın mədəniyyəti yoxdursa, o xalq, xalq sayıla bilməz. Beləcə də, bizim mədəniyyətimiz bizim dilimiz, bizim mənliyini, kimliyimizi.
Hər il olduğu kimi, bu il də noyabrın 20-də Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin, Respublika Xalq Yaradıcılığı Evinin təşəbbüsü ilə. Dərbənd rayonunun Padar kənd klubunda bu festival, təm-təraqlı festivalı keçirildi. Festivalı giriş sözü ilə Dərbənd Rayon Mədəniyyət, Gənclər Siyasəti və Turizm şöbəsinin müdiri Eldar Osmanov açıb. O, öz çıxışında Rusiya və Azərbaycan xalqlarının çoxəsrlik dostluğundan, iki böyük mədəniyyətin və xalqın sıx qarşılıqlı əlaqəsindən və qarşılıqlı zənginləşməsindən danışıb.
Festivala gələn qonaqları arasında Dağıstan Respublikası Mədəniyyət Komitəsinin Xalq Yaradıcılığı Evinin şöbə müdiri Gülnarə Şurşiyeva və başqa qonaqlar da olub. Bu gözəl konsert proqramında Dərbənd rayon Mədəniyyət Mərkəzinin xalq çalğı alətləri ansamblının vokalçıları və instrumental ifaçıları daxil idi.
Onlardan
Əjdər Məmmədov, Əmrah Həmidov, Əbdülnasir Mazanov, Timur Şıxəliyev, Magomedtagir Mazanov, həmçinin Beynəlxalq Mədəniyyət Mərkəzinin klub və ənənəvi mədəniyyət mərkəzinin işçiləri Eduard Arazov, Vahid Şıxov və Magomedemin Qafarov. İştirakçıların çıxışları, çox gözəl qarşılanıb. Amma Azərbaycan Dövlət Dram Teatrının aktrisası, Rusiya, Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndlinin çıxışı isə, Mahaçqalada gələn və digər qonağlarda xüsusi maraq və rəğbət doğurub. Şairənin öz sözlərinə, Bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Dağıstan Azərbaycan» dostluğ mahnısı, festivala daha çox rəng qatıb. Tamaşaçılar və tədbirin qonaqları incəsənət ustalarının ifasında Azərbaycan xalq, vokal və instrumental əsərlərini dinləməkdən həzz alıblar.
Bu möhtəşəm festivalın sonunda, Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin RDNT şöbəsinin müdiri Gülnarə Murşiyeva tədbirin təşkilatçılarına Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin diplomlarını təqdim etdi.
H. Aslanov