Marat Xusnullin: “Xəzər regionu, Cənubi və Cənub-Şərqi Asiya, Fars körfəzi ölkələri istiqamətlərində tranzit marşrutlarının inkişafı Rusiya Federasiyası üçün prioritet məsələdir”.
Bunu yaxın günlərdə “Rusiya — İslam Dünyası: KazanForum” XIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına dair dəyirmi masada baş nazirin müavini Marat Xusnullin deyib.
«Biz hesab edirik ki, 2025-ci ilə qədər bu istiqamətdə yük dövriyyəsi iki dəfə — ən azı 30 milyon tona, 2030-cu ilə qədər isə 35 milyon tona qədər artmalıdır. Bu, 2021-ci illə müqayisədə 155% çoxdur», — Marat Xusnullin bildirib.
Rusiyada” Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı üçün Həştərxan, Dərbənd və Xasavyurtda dolama yolların tikintisi planlaşdırılır.
R-217 “Kavkaz” avtomobil yolunun əsaslı təmiri davam edir və Həştərxan vilayətində və Dağıstan Respublikasında Xəzər hövzəsinin limanları inkişaf etdirilir.
Rusiya sərhədinin keçid qabiliyyətini artırmaq üçün Dərbənd dəmir yolu keçid məntəqəsi tikilir, Yuxarı Lars və Yaraq-Kazmalyar keçid məntəqələri yenidən qurulur.
Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Ebrahim Rəisi “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqamətində daşımaların inkişafı üçün Rəşt-Astara dəmir yolunun yaradılması üzrə əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması mərasimində videobağlantı vasitəsilə iştirak ediblər.
S. Salixova