Avqustun 19-da Kaytaq rayonunun Məcəlis kəndində, Mədəniyyət Mərkəzinin qarşısındakı açıq ərazidə böyük bir bayram əhvali-ruhiyyəsi diqqəti cəlb edirdi.Əraziyə toplaşanların çöhrələrindən sevinc və mehribanlıq saçırdı.
Kaytaq Utsmiystvo-nun ilk paytaxtının — Barşamai kəndinin 1500 illiyinə və hazırkı paytaxt- Məcəlisin 435 illik yubileyinə həsr olunmuş möhtəşəm şənlik böyük ruh yüksəkliyi ilə keçirilmişdir. Hazırkı paytaxt — Məcəlis kəndi burada 435 ildir ki,yerləşmişdir. Bayram çərçivəsində kaytaqlıların və respublikamızın digər rayon və şəhərlərindən gələn qonaqların ənənəvi mədəniyyət və məişət elementlərini özündə əks etdirən milli həyətlər, bədii sənətkarlıq sərgiləri, qədim ritual tamaşalar nümayiş etdirilib. Tədbirdə Dərbənd Rayon Mədəniyyət, Gənclər Siyasəti və Turizm Şöbəsinin, MKDT-nin MKDT-nin və MKÜK-nun “MTsBS”-in əməkdaşları Dərbənd rayon həyətində qədim məişət əşyaları, milli geyimlər, dekorativ-tətbiqi sənət nümunələri və Azərbaycan milli mətbəxinin təamları təqdim olunmuşdu.Tədbirə toplaşanlar bu mənzərədən,tədbirin təşkilindən və insanların xoş ovqatından məmnun idilər.Kaytaqlıların özünəməxsus milli adət və ənənə elementləri qonaqların rəğbətini qazandı.Demək olar ki,tədbir,hamının gözlədiyi kimi yüksək səviyyədə keçdi.Məncə,çoxmillətli respublikamızın hər bir xalqına aid adət-ənənələrinin tədbirlərdə nümayişi insanları daha da biri-birinə yaxınlaşdırır, aralarında mehriban birliyin yaranmasına səbəb olur.
Salixova S.