TƏMİZLİK ŞƏFFAFLIQDIR

Hər olduğu kimi Dərbənd rayonunun kəndlərində, üzü yaya doğru təmizlik işləri gedir. Yuxarı Calğan, Rükəl. Mitəhi, Muğqartı, Sabnava. Aqlabi, Rubas-Kammuna və başqa kəndlərdə. Əkin biçin sahələrində, bütün sahələrdə təmizlik işləri aparılır. Qış öz işini tamamlayıb, estafedi bahara verir. Qar əridikdə, torpaqın üzərində qışdan qalmış çör çöpü təmizləyirlər. Pamidor, bostan, üzümçülük əkiminə hazırlıq başlanır. Heyvandarlıqda, quşçuluq fermalarında yaya giriş üçün hazırlıqlar gedir. Hər bir kənd, öz sahələrində, canla başla çalışırlar. Yolları, küçələri. Bulağ üstlərini. Çay kənarlarını təmizləyirlər. Rükəl və Calğan kəndləri iki hissədən ibarətdirlər. Yuxarı Rükəl, aşağı Rükəl. Yuxarı Calğan, aşağı Calğan. Bu kəndlərin məktəbləri də ayrı ayrıdır. Məktəblərdə də müəllim kollektivləri, şagirdlər, kamunal işçilərlə birləşib yay təmizliyi edirlər. Mən özüm bir neçə dəfə bu kəndlərdə olmuşam, onların ən hündüelüyünə çıxanda. Sanki sən göyün yetdinci qatındasan, dəniz də bu kəndlərə bir göz ucu baxır. Bəlkə də ona görə, bu kəndlərin özünə məxsus gözəllikləri var. Bu kəndlərin bulağlarından axan su, sanki insanın ürəyinin çirkabını təmizləyir. Aqlabi və Kammunanın tən ortasından axan Gülgarı çayı da bu kəndlərə başqa bir gözəllik bəxş edir. Sabnava Dərbənd yolunun üstündə, bir şah kimi dayanıb. Gələni gedəni xoş gəldin edir. Mitəhinin çöllərinin ayrı bir özəlliyi var, yol boyunca ona gözəllik verən ağaclar onu nağıl dünyasına bənzədir. Muqartı sanki Allahın qələmi ilə xüsusi çəkilib. Hər bir kənd öz məhsulu ilə tanınır, onların adları gələndə də məhs bu məhsullar yada düşür. Mitəhi badamı ilə, Rükəl duzu ilə. Muqartı üzümü ilə, Sabnava çiyələyi ilə. Bir sözlə, bu təmizliklər elə bu məhsulların, təmiz və ekoloji baxından da təmiz olmaları üçün vacibdir. Ona görə də, hər bir kənd, yaz başı öz təmizlik işləri ilə xüsusi məşqul olur. (Yaz başı) bu söz kənd əhalisinin dilində, ən tez tez söylənən bir sözdür. Mən də sizlərə, bu kəndlərin gözəlliyi və bu gözəllikləri qoruyub saxlamaq üçün. Yaz başı təmizliklərini nəzərinizə çatdırmaq istdim.

M Seyidov.