Dərbənd mənim ürəyimdir.
Artıq uzun illərdir, qədim, ulu, qoca, Dəmirqapı Dərbəndimin bütün mədəni və ədəbi tədbirlərində ürəklə, sevə-sevə fəal iştirak edirəm. Və hər zaman da, mənə şəhər başçıları tərəfindən «Diplom, «Fəxri fərman», «Təşəkkürnamə»lər təltif olunub. Bu il də, 26 iyul Dağıstanın Konstitusiyası günündə. İl boyu şəhərin mədəni və ədəbi tədbirlərimdəki fəal iştirakıma görə, Dərbənd şəhər dairə başçısı Rüstəmbəy Sədrətdinoviç Pirməhəmmədov tərəfində, şəhər tədbirlərində öz müəllif mahnılarımla fəal iştirak etdiyimə görə «Təşəkkürnamə» ilə təltif olundum. Bir sənət adamı üçün, ona verilə kiçik dəyər də böyükdür. Bu «Təşəkkürnamə»də, mənim üçün və mənim sənətim üçün önəmli bir təltif oldu. Bu dəfə də bayram konsertində, Dağıstanın Konstitusa günü ilə bağlı olduğu üçün, Dağıstanda yaşayan xalqların dilində, altı dildə oxunan «Göz bəbəyim Dağıstanım» mahnım ilə çıxış etdim. Mahninin musiqisi Azərbaycanın Astara rayonunda yaşayıb yaradan bəstəkar Elmir Mədətoğluna məxsusdur. Şəhər başçısına, eləcə də Dərbənd şəhər dairəsinin mədəniyyət idarəsinin sədri Samilə Siracətdinovna Nəcəfovaya, Şəhər başçısı müavini Vidadi Vaqifoviç Zeynalova və əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Allah yaxşı insanlara can sağlığı versin, bir daha təşəkkür edirəm.
Dərin hörmət və saygılarımla, nəğməkar şairə Zeynəb Dərbəndli.